I Avropa Oyunlarına həsr olunan poçt markası
Tarix: 20.11.2014 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Bu gün 2015-ci ilin yayında keçiriləcək I Avropa Oyunlarını qeyd etmək məqsədi ilə altı ədəd poçt markasının ilk buraxılışı təqdim edilib.
Rəngli markalar I Avropa Oyunlarının keçiriləcəyi obyektlərin altısını, o cümlədən, gələn il açılış və bağlanış mərasimlərinin, eyni zamanda, yüngül atletika yarışlarının keçiriləcəyi milli stadionu əks etdirən unikal bədii təsvirlərdən ibarətdir.
Təsvir olunan digər obyektlərə Tofiq Bəhramov Stadionu, “Crystal Hall”, Heydər Əliyev Arenası, Bakı Su İdmanı Mərkəzi və Milli Gimnastika Arenası daxildir.
Tədbirdə çıxış edən Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini cənab İltimas Məmmədov bildirib ki, bu markalar gələn ilin yayında Bakıda elit idman növləri üzrə yarışların keçiriləcəyi bir sıra dünya səviyyəli obyektləri nümayiş etdirir.
“Onlar gələn ilin yayında keçiriləcək və bütün Avropanı bir arada birləşdirəcək möhtəşəm idman tədbirindən gözəl xatirə olaraq bütün Azərbaycanda tanınacaq”, - deyə İ. Məmmədov bildirib.
Qeyd edək ki, hər bir markanın dəyəri 60 qəpikdir. Gələn il keçiriləcək I Avropa Oyunlarına daxil edilən hər bir 20 idman növünü əks etdirən təsvirlərin ikinci buraxılışı hazırlanacaq. Gələcəkdə 26 markanın hər birini bir arada əks etdirən üçüncü xatirə kitabı da buraxılacaq.
Gənclər və İdman naziri, I Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov isə deyib ki, markalar birinci Avropa Oyunları ilə əlaqədar olaraq buraxılacaq kolleksiya əşyalarının geniş hissəsini təşkil edir.
“Əminəm ki, markalar gələcək illərdə təkcə möhtəşəm idman obyektlərimizi əks etdirən valehedici görünüşlərinə görə deyil, həm də bütün ölkənin “Bakı 2015” Avropa Oyunlarına göstərdiyi dəstəyi əks etdirərək yaddaşlarda qalacaq”, - deyə A. Rəhimov bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info