Diaspor rəhbəri İsveç parlamentinin deputatı ilə görüşüb
Tarix: 20.11.2014 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


İsveçdə fəaliyyət göstərən “Azərbaycan naminə” Cəmiyyətinin sədri Nadir Hollenbrand İsveç parlamentinin üzvü, Moderat Partiyasından millət vəkili seçilmiş Marqareta Siderfelt ilə görüş keçirib. İsveç Riksdaqının binasında baş tutan görüşdə Xocalı soyqırımının İsveç parlamentinin gündəliyinə çıxarılmasına dair müzakirələr aparılıb. Nadir Hollenbrand Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Azərbaycan şəhəri Xocalıda törətdiyi soyqırım haqqında ətraflı məlumat verib. İsveçli deputatı ermənilərin bir gecədə bütöv bir şəhəri yer üzündən silməsi, dinc əhaliyə divan tutması, 613 nəfərin işgəncələrlə qətlə yetirməsi, 487 nəfərin yaralanması, 1275 nəfərin əsir götürülməsi, 150 nəfərin itkin düşməsi barədə məlumatlandırıb.
Görüşdə Marqareta Siderfeltin diqqətinə o da çatdırılıb ki, Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları hələ də öz cəzasını almayıb. Halbuki Xocalı faicəsi XX əsrdə baş vermiş genosid və etnik təmizləmə hadisələrinin ən dəhşətlisidir. Azərbaycan diaspor rəhbəri Nadir Hollenbrand bütün bunları nəzərə alaraq, soyqırımın İsveç parlamentinin gündəliyinə salınması və müzakirəyə çıxarılması ilə bağlı Marqareta Siderfeltə müraciət edib.
İsveç parlamentinin üzvü Azərbaycan diaspor rəhbəri ilə Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki son vəziyyət, bu günlərdə Azərbaycanın hava məkanında manevr edən Ermənistan Silahlı Qüvvələrinə aid helikopterin vurulmasına dair fikir mübadiləsi aparıb. “Azərbaycan naminə” Cəmiyyətinin sədri Nadir Hollenbrand Xocalı soyqırımının İsveç parlamentinin gündəliyinə çıxarılması ilə bağlı parlament və hakimiyyət orqanlarının nümayəndələri ilə görüş və müzakirələri davam etdirəcəyini deyib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”
19.04.2019
Zakir Həsənov HHQ-nin təlim-məşq mərkəzinin açılışında iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info