Serbiya çətin durumda
Tarix: 20.11.2014 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


«Əgər Serbiya Avropa İttifaqına daxil olmaq istəyirsə, o halda o, Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmağa borcludur». Bu sözləri Belqrada rəsmi səfərə gələn Avropa Qonşuluq Siyasəti üzrə komissar Yoxannes Han bildirib: «Serbiya Rusiyaya sanksiya tətbiq edilməsi kimi çətin məsələlərdə mövqeyini mərhələ-mərhələ Avropa Birliyi ilə uzlaşdırmaqla bağlı hüquqi öhdəlik götürüb. Bu çox vacib məsələdir və biz Belqraddan bu öhdəliyə riayət etməsini gözləyirik»-deyə Avropa komissarı Serbiyanın "Veçernie novosti» qəzetinə müsahibə verərkən deyib.
Yoxannes Han Serbiya ilə Rusiya arasındakı tarixi əlaqələrin illər öncə mövcud olduğunu başa düşdüyünü dilə gətirsə də, Avropa Birliyi «sadə bir seçim etmək üçün Belqradı məcbur edə bilməz»-deyə əlavə edib. O, daha sonra bildirib ki, Belqrad özü Avropa Birliyinə qoşulmaq üçün strateji məqsədini elan etməlidir: «Sizin ölkəniz əsas strateji məqsəd kimi, Avropa Birliyinə daxil olmağı elan edib, bunu hökumətin sədri Vuçiç də bu yaxınlarda Rusiya prezidenti Putin ilə görüşdə də etiraf edib. Lakin bizim də öz prinsiplərimiz var. Ona görə də, sizdən bunun davamını gözləyirik» -deyə avropalı komissar bildirib.
Bu arada Serbiya Radikal Partiyasının lideri Voislav Şeşel ölkəsini Rusiya ilə əməkdaşlığın xeyrinə olaraq, Avropaya inteqrasiyadan imtina etməyə çağırıb. Belqradda keçirilən mitinq zamanı Şeşel xatırladıb ki, Qərb ölkələri serb əhalisinin bombalanmasında iştirak edib və bizə qarşı «genosid» törədiblər. Lakin təkcə Rusiya belə çətin anlarda serb xalqına qahmar çıxıb, ona yardım edib. Qeyd edək ki, Belqradın Respublika Meydanında keçirilən mitinq Şeşelin Haaqa məhkəməsindən qayıtmasına həsr olunsa da, mitinqə minlərlə serbiyalı qatılmışdı. Mitinqə gələn serblərin əksəriyyəti Rusiyanın yeritdiyi siyasətə dəstək olaraq Vladimir Putinin portreti və Rusiya bayraqlarını gətirmişdilər.
Xatırladaq ki, müharibə cinayətlərində ittiham olunan Voislav Şeşel 12 illik həbs cəsasına məhkum edilsə də, sağlamlıq səbəbləriylə şərti azadlığa buraxılıb. Bununla belə, qeyd edilməlidir ki, "Serbiya millətçiliyinin" ideoloqu kimi çıxış edən Şeşel və onun partiyası Serbiyada o qədər də populyarlıq qazana bilməyən partiyalardandır.
Bu arada Rusiya Elmlər Akademiyası Müasir Balkan böhranının öyrənilməsi Mərkəzinin direktoru Yelena Quskova Avropa Birliyinin bu hərəkətini Rusiyaya təzyiq etməyə cəhd kimi qiymətləndirib.
O bildirib ki, Avropa Birliyi Serbiyaya Rusiyaya qarşı sanksiyalara qoşmaq üçün böyük təzyiqlər göstərir. Bununla yanaşı, serblərin 15 illik Avropa Birliyinə üzv olmaq arzusu üçün real təhlükə yaradır. Quskovaya görə, hazırda Serbiya çox çətin bir vəziyyətə düşüb. Bu ölkənin son illər müstəqil addımlar atıb, Avropa və ABŞ-ı təəccübləndirdiyini də nəzərə alsaq, vəziyyətin o qədər də ürəkaçan olmadığını görərik. Haşiyə kimi qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Belqrada etdiyi rəsmi səfər Avropa, eləcə də ABŞ tərəfindən birmənalı qarşılanmayıb. Quskovaya görə, Serbiya hazırda manevr edərək bütün səmərəli vasitələri nəzərdən keçirir. Müstəqil addımlar və Avropa Birliyi təhlükəsi bu ölkəni seçim qarşısında qoyub: ölkə ya müstəqil siyasət aparmalı, ya da bütünlüklə Avropa Birliyinə tabe olmalıdır.
«Mən hesab edirəm və qətiyyətlə bildirirəm ki, Vuçiçin seçimi Avropa Birliyi olacaq»- deyən Yelena Quskova daha sonra əlavə edib ki, bütün bunlara baxmayaraq, ölkə rəhbərliyi bütün hallarda kompromis tapa biləcək.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info