Yenə ABŞ, yenə silahlı insident: iki uşaq öldürülüb
Tarix: 21.11.2014 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


ABŞ-ın Nyu Cersi ştatında fərdi evlərin birində törədilmiş atışma nəticəsində iki uşaq ölüb, daha bir uşaq və qadın yaralanı
“RİA Novosti”-nin verdiyi xəbərə görə, insident Tabernakl şəhərində baş verib. Hadisə yerinə cəlb olunmuş polis burada iki uşağın (oğlan və qız) meyitini aşkarlayıb. Güllə yaraları almış daha bir uşaq və qadın xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.
“ABC” telekanalının şahidlərə istinadən verdiyi məlumata görə, faciənin baş verdiyi evdə iki ailə yaşayıb. Bir ailə iki valideyn və iki uşaqdan, digəri isə qadın və iki uşaqdan ibarət olub. Bəzi məlumatlara görə, evdə yaşayan qadınlardan biri intihara cəhd edib.
Hazırda insidentin təfərrüatları dəqiqləşdirilir.
Qeyd edək ki bu kimi hallar ABŞ-da ilk dəfə deyil ki baş verir. Qeyri-rəsmi məlumatlara görə hər il on minlərlə insan təkcə silahlı insidentlərin qurbanı olur. Psixoloji problemlər ucbatın qatillərin qətlə yetirdiyi insanların sayı barədə isə dəqiq məlumat verilmir. Bundan başqa ABŞ təhsil ocaqlarında, ictimai yerlərdə silahlı insidentlər səbəbindən insanların öldürülməsinə görə də antirekord vurur.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info