Bakı Metropoliteninin nümayəndələri Türkiyədə təcrübə keçirlər
Tarix: 21.11.2014 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Fransanın “Thales SA” şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq “Bənövşəyi xətt”ə tətbiq ediləcək SCADA (dispetçer idarəetməsi və məlumat bazası) və CBTC (kommunikasiya əsaslı qatar nəzarəti və idarəetməsi) sistemlərinin öyrənilməsi ilə bağlı “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində kurslara başlanılıb.
QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, fransız mütəxəssislərin keçdiyi ikihəftəlik məşğələlərdən sonra 6 müdavim Türkiyənin İstanbul şəhərində növbəti kurslara başlayıb. Məşğələlər “Thales SA”nın İstanbul Metropolitenindəki tədris mərkəzində davam etdirilir. Üç həftə ərzində Bakı Metropoliteninin nümayəndələri orada CBTC sisteminin işi ilə praktiki tanış olacaqlar. Qrupun üzvləri elektronika, informatika sahəsində bilik və müəyyən iş təcrübəsi olan mütəxəssislərdir. İstanbul metrosunda məşğələlər başa çatdıqdan sonra, tədris prosesinin üçüncü mərhələsi başlayacaq. Bu mərhələdə məşğələlər yanvar ayında Kanadanın Toronto Metropolitenində keçiriləcək.

Qeyd edək ki, “Thales SA” ilə imzalanan müqaviləyə əsasən Fransa şirkəti Bakı Metropolitenini müasir tələblərə cavab verən, ən son texnoloji idarəetmə və işarəvermə avadanlıqlarının alınması, quraşdırılması, proqram təminatının həyata keçirilməsini təmin edəcək. İlk mərhələdə alınacaq avadanlıqlardan metropolitenin “Avtovağzal” və “Memar Əcəmi-2” (“Bənövşəyi xətt”) stansiyalarında istifadə olunacaq. Artıq “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının tikintisi başa çatıb, avadanlıqların quraşdırılması işləri gedir. Yeni sistemin tətbiqi Bakı Metropolitenində bütün idarəetmə və işarəvermənin tam avtomatlaşdırılmasına, həmçinin bu sahədə insan amilinin minimuma endirilməsinə imkan yaradacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info