“Bizim üçün Azərbaycan, o cümlədən Xəzər regionu ölkələri hər zaman əhəmiyyətlidir”
Tarix: 21.11.2014 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


“ABŞ 5 il əvvəl ancaq terminal tikirdisə, qaz idxalı ilə məşğul idisə, indi isə biz ən çox istehsalçıya çevriləcəyik. İnanıram ki, onilliyin sonunda biz ən böyük enerji istehsalçısı olacağıq”.
Bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan bu gün Bakıda keçirilən “Azərbaycan və Xəzər dənizi neft və qaz həftəsi”nin ikinci günündə bildirib.
“Hazırda ABŞ-ın 7 LNG layihəsi təsdiq edilib. Gələcəkdə bunu 50-yə çatdırmaq fikrindəyik. İndi ABŞ enerji inqilabı edir. Məhz bu regionla bazarlarda da sabitləşməyə kömək edəcək”, - deyə D. Hoqan bildirib.
“LNG qazı istehsalından sonra Xəzər qazına ABŞ-ın marağı azalacaqmı?” sualına D. Hoqan bu cür cavab verib: “Hesab edirəm ki, Xəzər qazı daha çox bizim Avropadakı tərəfdaşlarımız üçün əhəmiyyətlidir. Bizim üçün Azərbaycan, o cümlədən Xəzər regionu ölkələri hər zaman əhəmiyyətlidir”.
Diplomat deyib ki, Xəzər regionu ölkələri, həmçinin Azərbaycan ABŞ-ın enerji tərəfdaşlarıdır.
“ABŞ qarşıdakı bütün çətinliklərin aradan qaldırılması istiqamətində hər zaman Azərbaycanla tərəfdaşdır”, - deyə D. Hoqan əlavə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info