Berlində keçirilən tədbirdə Azərbaycanın artan geostrateji əhəmiyyəti vurğulanıb
Tarix: 21.11.2014 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) “Ukrayna böhranı fonunda Azərbaycan – Avropa münasibətləri” mövzusunda məruzə axşamı təşkil olunub.
AAKM-nin icraçı direktoru Samirə Patser-İsmayılova çıxış edərək, dünyadakı mövcud münaqişələrdən, bugünkü geopolitik və geostrateji şəraitdən danışıb, Azərbaycanın yeni şəraitdə Dağlıq-Qarabağ məsələsinin həllinə dair Avropadan gözləntilərinin daha təkidli olduğunu diqqətə çatdırıb.
Sonra Berlin Azad Universitetinin mühazirəçisi, siyasətşünas Matthias Dornfeldt çıxış edib. O, Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafını çox yüksək qiymətləndirib, bu inkişaf yolunda Avropada yeni tərəf müqabillərin qazanılmasının aktuallığından, Ukrayna böhranının Azərbaycanın iqtisadi imkanlarına, eyni zamanda, rəsmi Bakı tərəfindən qoyulan siyasi tələblərin həllinə təsirindən danışıb. Enerji siyasətində Azərbaycanın artan geostrateji əhəmiyyətini vurğulayıb. Xəzəryanı ölkələrin enerji siyasətində tərəf müqabili kimi, Azərbaycanın Avropa İttifaqı üçün önəmli olduğunu və bu fonda davamlı olaraq modernizasiya və diversifikasiya strategiyasının inkişafına tələbin artdığını qeyd edib.
Tədbirin aparıcısı hüquqşünas, Alman-Azərbaycan Forumunun icraçı direktoru Pərviz Yazdani məruzə ilə fikirlərini bölüşüb.
Tədbirdə Azərbaycan səfirliyinin müşaviri Dr. Rizvan Nəbiyev və digər əməkdaşlar, Bundestaqın üzvləri, Alman ictimaiyyətinin və mediasının, MDB ölkələrinin və Azərbaycan diasporunun nümayəndələri, tələbə və doktorantlar iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib
15.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
15.11.2018
Büdcə müzakirələri başa çatdı: hökumətə noyabrın 23-dək vaxt verildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info