Mətbuat Şurasının təşəbbüsü ilə yubilyar jurnalist ziyarət edilib
Tarix: 21.11.2014 | Saat: 17:07:00 | E-mail | Çapa göndər



Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə ömrünün 35 ilini “Xalq qəzeti”ndə çalışmış Tamara Əliyeva ziyarət edilib. Şuranın «Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır» layihəsi çərçivəsində gerçəkləşdirilmiş ziyarət veteran qələm sahibinin 85 illiyi ilə bağlı olub.
MŞ sədri Əflatun Amaşov T.Əliyevanın milli jurnalistikamızın inkişafındakı xidmətlərindən söz açıb. Yubilyarı Azərbaycanda qadınları jurnalist peşəsinə bağlayan canlı örnəklərdən biri kimi dəyərləndirib. O, rəhbərlik etdiyi qurumun yubiley plaketini xanım jurnalistə təqdim edib. T.Əliyeva həmçinin Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi ilə də mükafatlandırılıb.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov qocaman jurnalistin mənalı ömür yoluna dair müxtəlif maraqlı məqamlar üzərində dayanıb. Vaxtilə T.Əliyeva ilə birlikdə işləmiş jurnalistlərdən Rafiq Həsənov, Flora Sadıqova, Məzahir Süleymanzadə onun məsuliyyətli işçi və bacarıqlı jurnalist, yaxşı təşkilatçı və qayğıkeş yoldaş kimi kollektivdə böyük nüfuz qazandığını məmnunluqla yada salıblar. “Xalq qəzeti”nin təmsilçiləri Tahir Aydınoğlu, İlqar Musaoğlu, Rafiq Salmanov T.Əliyevanın bugün də keşmiş iş yoldaşları ilə yaxın təmasda olduğunu, redaksiyanın məclislərinə qatıldığını diqqətə çatdırıblar.

85 yaşlı T.Əliyeva jurnalist həmkarlarını özü dəmlədiyi plova qonaq edib. Süfrə arxasında davam edən söhbətdə yubilyar jurnalistikada keçən günlərdən xoş duyğularla söhbət açıb, həmkarlarına peşəkar mətbuatımızın sınaqdan çıxmış ənənələrini xatırladıb, yeni nəsil qələm sahiblərinin söz azadlığından bacarıqla yararlanmasının vacibliyini önə çəkib.

Qeyd edək ki, T.Əliyeva Bakı Dövlət Universitetinin İkinci Dünya Müharibəsindən sonra açılmış jurnalistika şöbəsinin üçüncü buraxılış məzunu olub. 1953-cü ildə ölkənin avanqard dövri nəşri sayılan “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetində ilk ali təhsilli jurnalist qadın kimi fəaliyyətə başlayıb. 35 il fasiləsiz olaraq burada çalışıb, müxtəlif şöbələrdə müxbir, müdir vəzifələrini tutub, ayrı-ayrı illərdə redaksiyanın partiya və həmkarlar təşkilatlarına rəhbərlik edib. T.Əliyevanın bir sıra aktual mövzulara dair yazıları oxucular tərəfindən maraqla qarşılanıb, geniş əks-səda doğurub. Xanım jurnalist təqaüdə çıxandan sonra da respublikanın kütləvi informasiya vasitələri ilə əməkdaşlığını davam etdirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info