Ali məktəblər “təhsil rouminqi“nə ödənişsiz giriş əldə edəcəklər
Tarix: 21.11.2014 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Azərbaycan ali məktəbləri “Eduroam - təhsil rouminqi"nə ödənişsiz giriş əldə edəcəklər. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) bildiriblər. "Eduroam" xidməti tələbələrə “Eduroam” zonasında olarkən öz uçot məlumatlarından (ad və parol) istifadə etməklə internetə ödənişsiz daxil olmağa imkan verəcək. Tələbələr, müəyyənləşdirmə parolundan istifadə edərək, "təhsil rouminqi"nin üstünlüklərdən həm Azərbaycanda, həm də ölkə xaricində istifadə edə biləcəklər. Hazırda “Eduroam” Avropa ölkələrində geniş yayılıb. Elmi müəssisələr, ali məktəblər və tələbələrin toplaşdıqları başqa yerlər, həmçinin metro stansiyaları, mehmanxanalar və s. şəbəkə ilə əhatə olunub.
“Eduroam” infrastrukturu AMEA-nın institut və strukturlarında da yaradılıb. Hazırda "təhsil rouminqi" şəbəkəsi AMEA Rəyasət Heyətinin əsas binası, İTİ, İnsan Hüquqları İnstitutu, Geologiya İnstitutu və digərlərini əhatə edir.
İTİ-nin "Eduroam" xidməti Trans-Avropa Elmi-Tədqiqat və Təhsil Müəssisələri Assosiasiyasında (TERENA) qeydiyyatdan keçib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info