Naxçıvanda şagirdlər üçün açıq dərs keçirilib
Tarix: 21.11.2014 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəlmiş səylər ulu öndər Heydər Əliyevin ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətindəki fəaliyyətinin əsasını təşkil edib.
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində 5 nömrəli tam orta məktəbin şagirdləri üçün keçirilən açıq dərsdə məktəbin tarix müəllimi Səadət Hacıyeva bu barədə danışıb. Bildirilib ki, Azərbaycanın tarixi torpaqları hesabına özlərinə dövlət quran ermənilər keçmiş sovet dövründə də Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi yönündə gizli və ya açıq şəkildə fəaliyyət aparıblar. Lakin xalqımızın ümummilli lideri Heydər Əliyevin 1969-cu ildən başlayaraq Azərbaycana rəhbərlik etməsi, daha sonra Sovet İttifaqının rəhbərlərindən biri olması mənfur qonşularımızın ərazi bütövlüyümüzə yönələn bütün cəhdlərinin qarşısını alıb. Dahi şəxsiyyətin planlı şəkildə Kremldən uzaqlaşdırılması münaqişənin yenidən qızışmasına rəvac verib.
Qeyd olunub ki, 1988-1993-cü illərdə Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilib. Bu sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü bir daha təsdiqlənib.

Vurğulanıb ki, bu gün Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi xətt münaqişənin ədalətli həllinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına, qaçqın və məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasına hesablanıb. Respublikamızın sürətli inkişafı, qüdrətli orduya sahib olması, eyni zamanda dünyanın nüfuzlu ölkələri sırasında özünə layiqli yer tutması bu problemin də ədalətlə həll olunmasına imkan verəcək.
Sonra şagirdlər muzeyin ekspozisiyası ilə tanış olublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info