Ukraynada NATO-ya üzvlük prioritet elan olunub
Tarix: 21.11.2014 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Ukrayna Ali Radasında Petro Poroşenkonun bloku, Xalq Cəbhəsi, “Samopomiç” (“Özünəyardım”), Radikal Partiyası və “Batkişvina” fraksiyaları arasında koalisiya sazişi imzalanıb.
“Censor.net” saytının verdiyi məlumata görə, yeni parlamentdə çoxluq təşkil edən Qərbyönlü 5 siyasi qüvvə yeni hökuməti formalaşdırmaq barədə razılığa gəlib.
Koalisiya sazişində ən diqqət çəkən məqam Ukraynanın Viktor Yanukoviçin dövründə elan olunmuş neytral statusundan imtina və NATO-ya üzvlüyün əsas vəzifələrdən biri kimi qarşıya qoyulmasıdır. Bundan başqa, Avropa İttifaqına inteqrasiya və assosiasiya sazişinin bütün maddələrinin yerinə yetirilməsi məsələsi də prioritet olacaq.
Tərəflər deputat toxunulmazlığını ləğvi, prezidentin impiçmenti prosedurunun işlənib hazırlanması, majoritar seçki sisteminin ləğvi və seçkilərin bundan sonra açıq siyahılar (proporsional sistem) əsasında keçirilməsi, mərkəzləşdirmənin azaldılması (desentralizasiya) barədə razılığa gəliblər.
Bundan başqa, koalisiya iştirakçıları Krımın geri qaytarılması və bu məsələ ilə bağlı Rusiyaya qarşı beynəlxalq məhkəmələrdə iddialar qaldırılması, ölkənin şərqində Ukrayna Silahlı Qüvvələrinin daimi dislokasiya yerlərinin yaradılması, müdafiə məqsədlərinə Ümumi Daxili Məhsulun 3%-i həcmində vəsait ayrılması, Antikorrupsiya Bürosu və korrupsiya ilə mübarizə üzrə Milli Agentliyin yaradılması, eləcə də Daxil İşlər Nazirliyi sistemində islahatlar çərçivəsində milli polisin yaradılması barədə razılıq əldə ediblər.
Yeni koalisiya dekommunizasiya (kommunistsizləşdirmə) apararaq sovet, eləcə də nasist simvolikasını və təbliğatını ölkədə yasaqlayacaq. İri şəhərlərdə mer seçkiləri 2 turdan ibarət keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info