M. Sessa: “ Qaçqın və məcburi köçkün gənclərin təhsili və işlə təmin olunmaları üçün hər cür şərait yaradılıb”
Tarix: 21.11.2014 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


İtaliyanın Luiss Guido Carli Universitetində Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) təşkilatçılığı ilə “Azərbaycan: qaçqın və məcburi köçkünlərin hüquqları” mövzusunda seminar keçirilib.
Ali təhsil müəssisəsində tədris olunan “Beynəlxalq təşkilatlar və insan hüquqları” kursu çərçivəsində təşkil olunan tədbirin məqsədi tələbələrə Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş azərbaycanlıların vəziyyəti barədə məlumat vermək olub.
Tədbirdə çıxış edən kursun rəhbəri, professor Françesko Çerubini beynəlxalq səviyyədə qaçqınların hüquqlarının müdafiəsi istiqamətində irəli sürülən təşəbbüsləri təhlil edib. O qeyd edib ki, 9 milyon əhalisi olan Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkünün olması kifayət qədər böyük rəqəmdir. Beynəlxalq birlik onların hüquqlarının təmin olunması istiqamətində səylərini artırmalıdır.
AİGA-nın prezidenti Manuella Sessa rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Bildirib ki, assosiasiya tərəfindən hər iki ölkənin gənclərinin qarşılıqlı faydalana biləcəyi birgə layihələr reallaşdırılır. Azərbaycanda qaçqın və məcburi köçkünlərin, o cümlədən doğma yurdlarından didərgin düşmüş gənclərin təhsil almaları və işlə təmin olunmaları üçün hər cür şərait yaradılıb.
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov seminarda mühazirə ilə çıxış edərək ölkəmizin coğrafi, siyasi, dini və iqtisadi durumu barədə məlumat verib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir diqqətə çatdırıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr, eləcə də digər beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı sənədlər qəbul edib. Lakin bu sənədlərə hələ də əməl olunmur. Hazırda münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar prosesi davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq çərçivəsində təhlil edən V.Sadıqov bildirib ki, münaqişə nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanların uzun illərdir pozulmuş hüquqlarının bərpası çox vacibdir.
Səfir, həmçinin Azərbaycanda məcburi köçkünlərin sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Vurğulayıb ki, ölkəmizdə müvafiq istiqamətdə dövlət proqramları qəbul olunaraq bir sıra layihələr reallaşdırılır. Dövlətimiz tərəfindən məcburi köçkünlər üçün hər cür şərait yaradılmasına baxmayaraq, onlar doğma yurdlarına dönəcəyi günü intizarla gözləyirlər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Ordubadlı nümunəvi ailə təsərrüfatlarının iş təcrübələri muxtar respublikada yayılır
25.05.2019
Beyləqandakı əmək yarmarkasında 54 nəfər işə göndəriş alıb
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info