“Halliburton“ mütəxəssisləri Ali Neft Məktəbində dərs deyəcək
Tarix: 21.11.2014 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


"Halliburton" şirkətinin Qərbi Xəzər regionu üzrə meneceri Rəndi Gilçristin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub və ali məktəbin rəhbərliyi, professor-müəllim və tələbə heyəti ilə görüş keçirib.
Məktəbdən verilən xəbərə görə, qonaqları salamlayan rektor Elmar Qasımov Azərbaycanın ən görkəmli alimlərinin xarici şirkətlərdə çalışaraq Azərbaycanı yüksək səviyyədə təmsil etdiyini, onların nəinki istehsalatda fəaliyyət göstərməklə, həmçinin elmi fəaliyyətlə məşğul olaraq, ölkədə gənc mühəndislərin yetişməsi üçün tədris prosesinə cəlb olunmasının vacibliyini vurğulayıb və "Halliburton" şirkəti ilə əməkdaşlıq çərçivəsində şirkətin mühəndislərini BANM-də elmi fəaliyyətə başlamalarına və ali məktəbin tədris prosesinə qoşulmalarına dəvət edib.
E.Qasımov aprel ayından başlanılan ikitərəfli əməkdaşlığın gedişatından razılığını bildirərək, BANM-in seçilmiş tələbələrinin yay təcrübəsini “Halliburton” şirkətində keçmələrinin məhsuldar olduğunu qeyd edib və onların şirkətdə ödənişli təcrübə keçdiyi müddətdə nəinki fərdi şəxsiyyət kimi dünyagörüşünün formalaşmasına, həmçinin mütəxəssis-menecer kimi yetişmələrinə, peşənin praktik və texniki tərəflərini və nizam-intizam qaydalarını dərindən qavramalarına töhfə verib. “Halliburton” şirkətinin nümayəndələrinə - ölkə üzrə meneceri Rəndi Gilçrist, Qazımada biznesin inkişafı üzrə meneceri Səlahəddin Əyyubov, Maili qazma üzrə koordinator Teymur Əliyev, Azərbaycan və Gürcüstanda biznesin inkişafı üzrə menecer Rəvan Rəvanova BANM-nin yeni tikilən Qafqazın ən böyük kampusu haqqında ətraflı məlumat verilib və gələn tədris ilinin əvvəlində istifadəyə veriləcəyi bildirilib.
Öz növbəsində Rəndi Gilçrist nümayəndə heyətinin və öz adından BANM-in rəhbərliyinə uğurlu əməkdaşlığın həyata keçirilməsinə görə təşəkkür edib və tələbələrin praktiki bilikləri ilə yanaşı, nəzəri biliklərinin səviyyəsini daima yüksəltmək məqsədilə şirkətin mütəxəssislərini BANM-də tədris prosesinə cəlb olunmasına müsbət fikir bildirdi və bu istiqamətdə lazımi dəstək verəcəyini təsdiqləyib.
Daha sonra BANM-nin rəhbərliyi, professor-müəllim heyəti və "Halliburton" şirkətinin nümayəndə heyəti arasında tələbələrin şirkətdə növbəti təcrübəyə göndərilməsinə, əməkdaşlığın dərinləşməsinə, şirkətin mütəxəssislərinin yaxında BANM-nin təlim-tədris sisteminə qoşulmalarına və “Haliburton” şirkətinin ali məktəbdə çoxfunksional mərkəzinin yaradılmasına və “Halliburton günü” adlı tədbirin təşkil olunmasına dair müzakirələr aparılıb.
“Halliburton” şirkətinin nümayəndələri tərəfindən tələbələrin çoxsaylı sualları cavablandırılıb və onların arasında ən bacarıqlı tələbələrin növbəti təcrübədə iştirak etmək üçün seçiləcəyi bildirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info