İnklüziv təhsillə bağlı Dövlət Proqramı layihəsi hazırlanıb
Tarix: 21.11.2014 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Azərbaycan Təhsil Nazirliyi inklüziv təhsilin inkişafı ilə bağlı Dövlət Proqramının layihəsini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Bunu Təhsil Nazirliyinin De-institutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbəri Məlahət Hacıyeva parlamentdə “Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, 2015-2022-ci illəri əhatə edəcək proqramın məqsədi sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilə cəlb olunmasını və onların təhsil ala bilməsi üçün maneəsiz mühitin yaradılmasını təmin etməkdir. İnklüziv təhsilə cəlb edilən uşaqların sayının az olduğunu deyən M.Hacıyeva qeyd edib ki, ölkədə sağlamlıq imkanları məhdud uşaqların hamısı təhsillə əhatə olunmayıb: “Ona görə də məqsədimiz odur ki, hər bir sağlamlıq imkanları məhdud uşaq öz ərazisində təhsilə cəlb olunsun. Hazırda 9355 uşaq evdə, 2558 uşaq xüsusi məktəblərdə təhsilə cəlb olunub, 412 uşaq internat məktəblərində olan xüsusi siniflərdə təhsil alır. Yalnız 298 uşaq inklüziv təhsilə cəlb edilib”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info