3000-ə yaxın qadın 5-dən çox uşağının olmasına görə müavinət alır
Tarix: 21.11.2014 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


Azərbaycanda 2722 qadına 5-dən çox uşağının olmasına görə dövlət tərəfindən müavinət verilir. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Milli Məclisdə “Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib ki, ötən il qəbul olunan “Sosial müavinətlər haqqında” qanuna əsasən, 5-dən çox uşağı olan qadınlara sosial müavinətlər verilir. Bu qanuna əsasən, bu ilin ilk 9 ayı ərzində 2722 qadının 8 mindən artıq uşağına görə həmin növ müavinət hesablanaraq ödənilib. Bu ilin 9 ayı ərzində 72790 nəfər yeni doğulmuş uşağın hər birinə 90 manat məbləğində birdəfəlik müavinət ödənilib. Bundan əlavə, müxtəlif kateqoriyalardan olan şəxslərin, xüsusilə də Qarabağ əlilləri, şəhid ailələri, həlak olan hərbçilərin uşaqlarının bakalavr və magistratura səviyyəsi üzrə təhsil aldığı müddət ərzində təhsil haqları dövlət büdcəsi hesabına ödənilir".
Nazir müavini qeyd edib ki, bu gün Azərbaycanda 63 min nəfərə yaxın sağlamlıq imkanları məhdud olan uşaq var.
N.Məmmədov hesab edir ki, nikaha girən gənc ailələrin tibbi müayinəsinin aparılması uşaqlar arasında əlilliyin qarşısının alınmasına kömək edəcək. Onun fikrincə, “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun və profilaktik tədbirlər uşaqların əlilliyinin qarşısının alınmasına böyük töhfə verəcək.
Nazir müavininin sözlərinə görə, bu ilin sonuna qədər Sabunçu rayonunun Zabrat qəsəbəsində yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reablitasiya müəssisəsi tikilərək istifadəyə veriləcək. Sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün sosial sığınacaqların tikintisi də başa çatmaq üzrədir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info