Ankarada Xocalı soyqırımı müzakirə olunub
Tarix: 21.11.2014 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Son yüz ilin ən dəhşətli və qanlı vəhşiliklərindən biri olaraq qəbul edilən Xocalı faciəsinə beynəlxalq hüquqi baxışla bağlı Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya), Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin, Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı qətliamı müzakirə olunub. Ankaranın nüfuzlu “Riksos” hotelində keçirilən tədbirdə TBMM Konstitusiya Komissiyasının sədri, prof. Dr Burhan Kuzu,Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili prof.Dr Necdet Ünüvar, Türkiyə Parlamentlər Birliyinin sədri Nevzat Pakdil, Avrasiya İctimai Əlaqələr və işbirliyi Dərnəyinin sədri, millət vəkili, Dr. İsmail Safi, millət vəkili Oktay Ekşi, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin rəhbəri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli, Diaspor Jurnalistləri Birliyinin İdarə Heyətinin üzvü Elnur Eltürk, Dünya Türk Gəncəri Dostluq və Dayanışma Dərnəyinin sədri Sedat Adakan, Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədr müavini Murad Davudoğlu, tanınmış şairə Könül Ordubadi, Gənc Diplomatlar Birliyinin Türkiyə təmsilçisi Söhrab İsmayıl daxil olmaqla, ekspertlər, jurnalistlər iştirak ediblər.
“Yüzilliyin dəhşəti: Xocalı soyqırımına beynəlxalq hüquqi baxış” adlı tədbiri giriş sözü ilə açan Doç. Dr Kürşad bu soyqırımın beynəlxalq hüquqi baxımdan önəmini diqqətə çəkib. TOBB Universitetinin dosenti,doç.Dr Toğrul İsmayıl və “Xocalıya ədalət” kampaniyasının Türkiyə təmsilçisi Gözde Kılıç Yaşın çıxışları ilə Xocalı hadisəsinin başvermə səbəblərini qeyd ediblər. Toplantıda Xocalı qətliamı ilə bağlı qısa sənədli film iştirakçıları duyğulandırıb.
Çıxış edən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri Hikmet Eren Xocalı qətliamının əsrlərdir davam edən xaç yürüşlərinin bir bənzəri və davamı olduğunu bildirib: “Ermənilər dünyanın gözü önündə 26 fevral 1992-ci il tarixində 613 müsəlman soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. Bundan gözləri doymayan Ermənistan Azərbaycanın 20% torpaqlarını işğal edərək, minlərlə soydaşımızı öldürüb. 2015-ci ildə əsassız və saxta erməni soyqırımı iddialarının 00 illiyi yaxınlaşır. Bunun üçün Türkiyə və Azərbaycan gərək Amerikada və gərəksə Avropada ortaq diaspor fəaliyyətləri yürütməlidirlər”. H.Eren çıxışında Xocalı xaricində Anadolu torpaqlarında ermənilərin müsəlman türklərə qarşı törətdikləri qətliamın izlərinin olduğunu söyləyib: “1980-ci il və 1990-illərdə Ərzurum Alaca kəndi,Yeşilyayla və Tımar kəndlərində aparılan qazıntılar zamanı ermənilərin müsəlman türklərinin toplu məzarları tapıldı. Qars, İğdır və Vanda ortaya çıxarılan qətliam məzarları da gözümüzün önündədir. Bu qətliamları dünyanın dörd bir tərəfinə çatdırmalıyıq. Bəzən bu gerçəkləri anlatdığımız üçün bizi “Türkün türkə” təbliğatı aparmasında ittiham edirlər. Bəli, Türkiyədə 80 milyon insan yaşayır, amma əksər gənclərimizin bu məzarlıqlardan xəbəri varmı?”.
Sonra Xocalı faciəsinin canlı şahidi və 40-dan çox qohumunu itirən Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərova söz verilib: “Xocalı qətliamı insanlıq tarixinin ən acı soyqırımılarından biridir. Faciənin dəhşətini yaşayan biri olaraq, üzərindən 22 il keçsə də Xocalı qətliamının acısı hələ də təzədir və həmişə belə qalacaq. Xocalı qətliamı o günü yaşayan hər kəs kimi məndə də dərin izlər buraxıb. Yüzlərcə qadın və uşaq gözümüzün önündə erməni əsgərləri tərəfindən qətlə yetirildilər. Xocalı qətliamı erməni faşistlərin düşündüyü kimi sadəcə türk və müsəlmanlara qaşı deyil, bütün insanlığa qarşı işlənmiş bir toplu cinayətdir. Xocalı qətliamı bu gün bir çox ölkənin parlamenti tərəfindən gündəmə gəlib və soyqırımı olaraq tanınıb. Bunlardan Meksika, Pakistan, Kolumbiya, Bosna, Peru, Sudan, Honduras və İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyi Xocalı qətliamını tanıyıb. Fəqət, Xocalı faciəsini qardaş Türk cümhuriyyətlərinin parlamentləri tərəfindən tanınmasını arzu edərdik”. Onu qeyd edək ki, Ceyhun Ələkbərovun çıxışı zalda əyləşənləri təsirləndirib.
Avrasiya Sivil Toplum İşbirliği Dərnəyinin sədri və millət vəkili Dr. İsmail Safi isə Xocalı vəhşəti kimi bu cür önəmli mövzuların dövlətlərin və tarixçilərin məsələsi olduğuna diqqəti çəkib: “Amma bugünkü dünyaya baxdığımızda bu cür tarixi hadisələr QHT-lərin də məsələsidir. Çünki əslində bu, lobbiçilik fəaliyyəti sahəsinə aiddir. Amma təəssüf ki, Türkiyədə bu mövzunun yetərsiz olduğuna şahid oluruq. Bu məqsədlə “biz bu mövzuda nə edə bilərik?” istiqamətində 1 ildir fəaliyyət göstəririk. 10 universitetdə dəyirmi masa və konfranslar düzənlədik. 2015-ci ildə də çalışmalarımıza davam edəcəyik və bu məsələni xaricdə də qaldıracağıq”.
Qeyd edək ki, tədbirin yekununda iştirakçılar tərəfindən qərar qəbul olunub. Qərara görə, Xocalı hadisəsi açıq bir soyqırımıdır, Xocalı soyqırımı və qondarma erməni soyqırımı iddiaları ilə bağlı diaspor, elmi və lobbi fəaliyyətləri birlikdə koordinasiya edilməli və birlikdə iş aparılmalıdır. Sənəddə həmçinin bildirilir ki, Türkiyə-Ermənistan sərhədi Dağlıq Qarabağ münaqişəsi həll olunmayanacan əsla açıla bilməz və açılmamalıdır.
Fuad




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Yaxın zamanlarda dərman vasitələrinin ölkəmizə gətirilməsi qaydaları sadələşdiriləcək
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info