7 internat məktəbi ümumtəhsil müəssisəsinə çevriləcək
Tarix: 21.11.2014 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyinin De-institutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbəri Məlahət Hacıyeva parlamentdə “Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib ki, 2006-cı ildə ölkə Prezidenti tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində 11 internat məktəbi ümumtəhsil müəssisəsinə, lisey və gimnaziyalara transformasiya olunub, 3 internat məktəbi isə bağlanıb. Növbəti tədris ilinə kimi 7 internat məktəbinin transformasiya olunması planlaşdırılır. Onun sözlərinə görə, 2010-cu ildə istifadəyə verilən ailə tipli evlərdə 10 kimsəsiz qız uşağı yaşayır. Təhsil Nazirliyinin İnvestisiya Proqramına bu il Lənkəran şəhərində də oğlanlar üçün ailə tipli kiçik qrup evlərinin yaradılması məsələsi daxil edilib. Hazırda bu istiqamətdə iş aparılır.
M.Hacıyeva deyib ki, 2008-ci ildə dövlət uşaq müəssisələrində gecələyən uşaqların sayı 4055 olduğu halda, 2014-cü ildə bu, 3470 nəfərə enib. Gecələyən uşaqlar arasında 443 nəfər daimi müəssisədə yaşayır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info