KİV-də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazıların monitorinqi
Tarix: 21.11.2014 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Mətbuat Şurasının beynəlxalq əlaqələr komissiyasının sədri, Milli Məclisin deputatı Cavanşir Feyziyevin rəhbərliyi ilə Azərbaycan kütləvi informasiya vasitələrində Dağlıq Qarabağ münaqişəsi haqqında yazıların monitorinqinə dair layihənin icrası davam etdirilir.
Mart ayında start verilən layihə çərçivəsində qəzetlərin və onlayn medianın Dağlıq Oktyabr ayının təhlili göstərir ki, Azərbaycanda fəaliyyət göstərən onlayn media qurumları arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən çox məlumatları mütəmadi olaraq “AzərTAc”, “Trend” və APA agentlikləri yayıb. Bu agentliklər ay ərzində müvafiq olaraq 152, 124, 120 xəbər yayıblar. “Musavat.com” saytı da ay ərzində 120 xəbər yayaraq APA ilə birlikdə üçüncülüyü bölüşüb.
Monitorinq çərçivəsində onlayn medianın Dağlıq Qarabağ münaqişəsinə hansı aspektdən yanaşmasına da diqqət yetirilib. Məlum olub ki, oktyabrda mətbuatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılan informasiyaların 31 faizi atəşkəsin pozulması ilə bağlı olub. Girov götürülən Azərbaycan vətəndaşları ilə bağlı yazılar ikinci yeri tutub və 27 faiz təşkil edib. Saytlardakı xəbərlərin 24 faizi Xocalı soyqırımı, 7 faizi ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı mövqeyi, 5 faizi Zəngilanın işğalı haqqında məlumatlardır.
Monitorinq olunan qəzetlərdən isə mövzu ilə bağlı ən çox informasiyanı “Bakı Xəbər” (65), “Xalq qəzeti” (55), “Yeni Müsavat” (52) dərc edib.
Yazılardan 1449-u (69,3 faiz) onlayn mediada, 641-i (30,7 faiz) isə yazılı mətbuatda yayımlanıb. Əvvəlki ayla müqayisədə mediada münaqişə ilə bağlı xəbərlərin artdığı müşahidə edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Sosial müdafiə sahəsində Azərbaycan, hesab edirəm ki, dünya miqyasında nümunəvi ölkədir
16.10.2019
Prezident: Minimum pensiyanın səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir
16.10.2019
Əmək miqrasiyası kvotası ilə bağlı təkliflər hazırlanıb
16.10.2019
Əmək müqavilələrinin sayı 126 min artıb
16.10.2019
Nazir daha iki rəis təyin etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info