Sumqayıtda 620 boş iş yeri təklif olundu
Tarix: 21.11.2014 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün Sumqayıt şəhərində (Sumqayıt Dövlət Universitetinin foyesi) əmək yarmarkası keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əmək yarmarkasında 37 müəssisə ("Azərkimya" İB, "Azersun Holding" MMC, “Gilan Tekstil Parkı”, Sumqayıt Texnologiyalar Parkı” MMC, “BASF” şirkəti, REDUCO Tədris Mərkəzi, "Samuray Plastik" firması və s.) tərəfindən fəhlə və qulluqçu peşələri üzrə 620 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif olunub.
Təqdim olunan boş iş yerlərində əməkhaqqının ən aşağı həddi 200 manat, ən yüksək həddi isə 1200 manat təşkil edib. Aktiv məşğulluq tədbirində boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri də iştirak edib. Yarmarkada işsiz və işaxataran vətəndaşlara boş iş yerlərinə göndəriş verilməklə yanaşı, müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına və ya ödənişli ictimai işlərdə çalışmaq istəyənlərin qeydiyyatı da aparılıb.
Tədbirdə ƏƏSMN və BMT İnkişaf Proqramının birgə icra etdiyi “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi üzrə Sumqayıt şəhərində fəaliyyət göstərən SYSLAB Təlim Tədris Mərkəzi də təmsil olunub və Mərkəzdə innovativ metodlarla işaxtarma bacarıqlarına yiyələnmək istəyən şəxslər qeydiyyata götürülüb.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info