“Hədəfimizi qərb regionunun bütün rayonlarında gənclərin inkişafına istiqamətləndirmişik”
Tarix: 21.11.2014 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Aygün Həsənzadə: “Regionlarda da gənc kadrların idarəetmə orqanlarında layiqli yerlər tutması gənclərə göstərilən etimadın nəticəsidir”
Hər bir gəncin mənəvi tərbiyə və inkişafı əsasən təhsildən başlayır. Təhsildə bu dəyərlərə lazımi yiyələnən gənclər öz gələcək hədəflərini düzgün seçə bilirlər. Onlar ictimai fəallıqları ilə də seçilirlər. Hazırda belə gənclərin fəaliyyəti nəinki paytaxtda, eyni zamanda regionlarda da geniş müşahidə olunur. Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisinin rəhbəri Aygün Həsənzadə həmin gənclərdən biridir.

- Gənclərin mənəvi inkişafında təhsilin nə kimi rolu var?
- Hər bir ölkənin gələcəyi onun təhsilinin səviyyəsindən asılıdır. Nəinki gənclərin mənəvi inkişafı, eləcə də gənclərin milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda yetişməsi, intellektual səviyyəsinin inkişafı, insanlara hörmət hissinin artırılması istiqamətində təhsilin böyük rolu vardır.
Cəmiyyətdə qarşısına məqsəd qoyan hər bir qurum, təşkilat öz xalqına, Vətəninə vicdanla xidmət etməli, gələcək nəsillərin sağlam əqidədə və mənəvi dəyərlər ruhunda böyüyüb, inkişaf etdirilməsinə şərait yaratmalıdır. Ailədə valideyn, uşaq bağçasında tərbiyəçi, orta, ali məktəbdə müəllim gələcəyin gənclərini hərtərəfli olaraq formalaşdırıb, cəmiyyətə təqdim etməyə borcludur.
“Bir ölkənin gələcəyi onun gəncləridir”,- deyə ümummilli liderimiz Heydər Əliyev söyləyib. Məhz o dövrdən bu günə ölkəmizdə gənclərimizin milli-mənəvi dəyərlər ruhunda inkişaf etdirilməsi istiqamətində proqram və layihələr həyata keçirilir. Gənclərin mənəvi inkişafında təhsildə müxtəlif fəaliyyətlər dövlətin əsas istiqamətlərindəndir. Belə ki, minlərlə şagirdin təhsil şəraitinin yaxşılaşdırılması üçün yeni məktəb binalarının tikintisi və istifadəyə verilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə diqqətin artırılması, gənc istedadların dəstəklənməsi, xaricdə təhsil imkanlarının yaradılması və s. dövlətimizin gənclərimizə olan xüsusi diqqət və qayğısının bariz nümunəsidir.
- Bu gün gənclərimiz öz fikirlərini söyləməkdə nə dərəcədə azaddırlar?
- Biz demokratik bir ölkədə yaşayırıq. Dövlətimizin insan hüquqlarının təminatına və demokratik dəyərlərə söykənən Konstitusiyası vardır. Bu gün aparılan tərbiyə işinin əsas qayəsi müstəqil, demokratik, hüquqi dövlət qurmağa qadir olan və həmin cəmiyyətdə yaşayacaq gənclər yetişdirməkdir.
Bu gün gənclərimiz müxtəlif yerli və beynəlxalq tədbirlərə çıxış edərək fikirlərini bölüşürlər, yeni ideyalarını səsləndirirlər. Mən düşünürəm ki, bu gün Azərbaycanın gənclər ordusu öz üzrlərində dövlətin, dövlət başçımızın qayğısını, diqqət və etimadını daima hiss edir. Aparılan müxtəlif mövzulu müzakirələrdə gənclərimiz fikirlərini azad və sərbəst şəkildə ifadə etmək imkanlarına malikdirlər.
- Gənclər mənəvi inkişaf baxımdan öz məsuliyyətlərini anlayırlarmı?
- Müstəqil respublikamız çətinlikləri arxada qoyaraq böyük addımlarla irəli gedir. Bütün sahələrdə, əsasən də insan kapitalının inkişafında köklü dəyişikliklər var. Azərbaycan gəncliyi əldə etdiyimiz tarixi uğurlarımızı bir daha inkişaf etdirmək üçün bu gün mənfur ermənilərlə üzbəüz mübarizə şəraitində olduğunu heç vaxt unutmamalıdır. Bu gün Azərbaycan gəncliyi mənəvi, əmək, vətənpərvərlik, əxlaq, fiziki, yoldaşlıq, dostluq, qayğıkeşlik, insanpərvərlik, ekoloji, dünyagörüşü ilə inkişaf edərək Vətənə sədaqətini məsuliyyət hissi ilə dərk edir.
- Gənclərin mənəvi-əxlaqi vəziyyətini necə qiymətləndirirsiz?
- Gənclik böyük bir sərvətdir. Bu sərvəti lazımınca kəşf etmək, dəyərləndirmək, qorumaq və inkişaf etdirmək lazımdır. Gəncliyin inkişafı onun yaşadığı mühitdən asılıdır. Qloballaşan dünyada gənclərin dünyagörüşünün artması, yeni və kreativ ideyaların, informasiya texnologiyalarının sürətlə yayılması və s. bu gün inkişafa xidmət etməklə yanaşı, müəyyən problemlərin yaranmasına da səbəb olur. Məhz bu da gənclərin mənəvi əxlaqi tərəflərinin aşınmasına zəmin yaradır.
- Gənclərin mənəvi inkişafı istiqamətində hansı layihələr həyata keçiribsiz?
- Gənclər üçün Təhsil Mərkəzi yarandığı gündən gənclərin hərtərəfli inkişafı istiqamətində davamlı olaraq işlər görür. Qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq üçün doğma Vətənimizə xidmət edərək, ictimai həyatda gənclərin problemlərinin həlli istiqamətində, əsasən də xüsusi qayğıya ehtiyacı olan, qaçqın və məcburi köçkün, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaq və gənclərə yönəlmiş layihə və fəaliyyətlər həyata keçirmişik və keçirməyə davam edirik.
2014-cü ildə Qərb regionunda Gənclərin elm, təhsil, yaradıcılıq, incəsənət və digər sahələrdə uğurlu inkişafına nail olmuşuq. Belə ki, ümummilli liderimiz Heydər Əliyevin 91 illiyinə həsr olunmuş “Onun sevdiyi” adlı ədəbi bədii gecə təşkil etdik. Bu tədbirdə istedadlı gənclərimiz ulu öndərin sevdiyi mahnıları, musiqiləri ifa etdilər, şeirləri səsləndirdilər. “Təhsil karyeranın açarıdır” region gənclərinin ictimai fəallığının artırılması istiqamətində təşkil etdiyimiz silsilə təlimlərdə isə gənclərimiz yeni məlumatlar əldə etdilər. “Fərdi inkişaf və karyeraya gedən yol” layihəmiz isə gənclərimizə yeni bacarıqlar aşılamaqla yanaşı, onların karyera qurmaq üçün hansı istiqamətlərdə fəaliyyət göstərmələri üçün şərait yaratdı.
“Mənim təhsilim-mənim fəlsəfəm” adlı möhtəşəm layihəmiz gənc pedaqoji kadrların inkişafı istiqamətində atılmış uğurlu və regionda ilk addımlardan biridir. Bu layihəmizlə Qərb regionunda silsilə təlimlərimiz davam etdirilir. Gənclər arasında ekstremal idman növünə marağın artırılması istiqamətində “Region gənclərinin I Climbing festivalı” layihəmiz də regionda həyata keçirilmiş layihələrin içərisində yeni bir layihə idi. Vətənpərvərliyin təbliği istiqamətində “Sərhəddə əsgər” adlı sərhədçilərlə görüşümüz gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədi daşıyırdı. Mütaliə və kitablara marağın artırılması istiqamətində “Kitablar və biz”, adlı tədbirimiz də uğurlu bir addım idi. “Konstitusiyamız-hüquqi təməlimiz” gənclərin elmi-praktik konfransında hüquqlarımızın öyrənilməsi istiqamətində bir layihə idi.
- Bəs, uşaqların fiziki və mənəvi inkişafı istiqamətində hansı fəaliyyətiniz olub?
- “Ulu bayraq” 28 May Respublika Gününə həsr olunmuş tədbirimizdə məktəblilər arasında futbol yarışı, rəssamlıq və rəqs bacarıqlarını nümayiş etdirdilər. 1 İyun Uşaq Günü münasibətilə “Sən, ey uşaqlıq” adlı Uşaq Yaradıcılıq Festivalında uşaqların maraqlı çıxışları, rəngarəng əyləncələri ilə yadda qaldı.
“Bir damlada həyat ver” könüllü qanvermə aksiyamızda isə gənclərimiz, eləcə də müxtəlif kateqoriyalı insanlar qan azlığından əziyyət çəkən insanlara öz töhfələrini bəxş etdilər. “ASAN xidmət”in 2 yaşı münasibətilə “Sevimli şəhər” adlı layihəmiz də əlilliyi olan uşaq və gənclər üçün gözəl töhfə oldu. Qərb regionunun gəncləri üçün “Gənc dağçılar məktəbi” düşərgəsi, gənclərin ekstremal idman növünə marağının artırılması və maariflənməsi istiqamətində yeni bir layihə idi.
Bundan başqa “Həyat səninlədir” əlilliyi olan gənclər üçün reperlərin konsertini təşkil etdik. Bu, əlilliyi olan gənclərimizin asudə vaxtlarının səmərəli təşkil edilməsi istiqamətində gözəl bir təşəbbüs idi.
“Dahi uşaqlar” adlı Qərb regionunda I Uşaq Forumu ilə biz uşaqlarımızın möhtəşəm bir tədbirini təşkil etdik.
“Müstəqilliyimiz əbədidir” uşaq və gənclərin bayram konserti ilə uşaq və gənclərin istedadının üzə çıxarılması və onların cəmiyyətə tanıdılması istiqamətində vacib bir təşəbbüs idi.
- Region gənclərinin ictimai fəallığı hansı səviyyədədir?
- Bu regionda çox fəal, öz hüquqlarını bilən, öz şəhər və rayonlarının ictimai, siyasi, mədəni həyatında fəaliyyətini genişləndirməyə çalışan və inkişaf etdirən gənclərimizin sayı kifayət qədərdir. Azərbaycanın regionlarında da gənclərin inkişaf etməsi üçün böyük imkanlar yaradılır. Regionlarda da gənc kadrların idarəetmə orqanlarında layiqli yerlər tutması və digər sahələrdə məşğulluqlarının təmin olunması gənclərə göstərilən etimadın nəticəsidir.
Məhz bizim təşkilatımız, Gənclər üçün Təhsil Mərkəzi öz regional ofislərini, nümayəndəliklərini açmaqla region gənclərinin uğurlu inkişafına xidmət göstərərək, hətta ucqar rayonlarda belə, sağlam düşüncəli, intellektual səviyyəli, peşəkar, təhsilli və vətənpərvər gəncliyin yetişməsi üçün davamlı olaraq çalışır. Gənclər üçün Təhsil Mərkəzi gənclərin uğurlu inkişaf yolunda bir mayakdır!
- Gəncənin 2016-cı ildə Avropanın Gənclər Paytaxtı seçilməsi ilə bağlı hansı işlər görəcəksiz?
- “Gəncə Avropa Gənclər Paytaxtı 2016” fəaliyyətlər və layihələr çərçivəsində biz də dəstək olmuş və öz fəaliyyətlərimizi həyata keçirmişik. Bu istiqamətdə qarşıda bir çox planlarımız vardır və inşallah, bu istiqamətdə uğurlu fəaliyyətlərimiz davam edəcək.
- Perspektivdə daha hansı planlarınız var?
- Hədəfimizi Qərb regionunun bütün rayonlarında gənclərin inkişafına istiqamətləndirmişik. Təhsil sahəsində gənc pedaqoji kadrların inkişaf etdirilməsi, gənclərin sağlam həyat tərzi və zərərli vərdişlərdən yayınması, əlilliyi olan uşaq və gənclər üçün bərabər imkanların yaradılması, gənclər arasında milli-mənəvi dəyərlər və vətənpərvərlik hisslərinin yüksəldilməsi istiqamətində davamlı planlarımız vardır.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
17.10.2019
“Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil”
15.10.2019
“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14.10.2019
“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”
10.10.2019
“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır“ olmalıdır”
08.10.2019
Terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçıları çirkin əməllərini idman sahəsində də nümayiş etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info