Xarici universitet nümayəndələri Qafqaz Universitetinin qonağı oldular
Tarix: 21.11.2014 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Qafqaz Universitetində “Avstraliya universitetlərində təhsil” adlı seminar keçirildi. Seminarda Avstraliya Universitetlərinin nümayəndələri təmsil etdikləri ali təhsil ocaqlarının fəaliyyəti haqqında, eyni zamanda buradakı təhsil və təqaüd imkanları ilə bağlı seminar iştirakçılarına məlumat verdilər və tələbələrin suallarını cavablandırdılar.
Qafqaz Universitetində təşkil olunan tədbirdə Azərbaycan Diplomatik Akademiyasının , Azərbaycan Turizm İnstitutunun, Azərbaycan Texniki Universitetinin, Bakı Dövlət Universitetinin, Memarlıq və İnşaat Universitetinin, Xəzər Universitetinin ,Azərbaycan Pedagoji Universitetinin nümayəndələri də iştirak edib.
Seminara giriş sözü ilə başlayan Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç qonaqları universitetdə görməkdən məmnun olduğunu dilə gətirdi: “Mən çox şadam ki, bu gün sizlərlə eyni masa arxasında tələbələrin gələcəyi, onların təhsili ilə bağlı yeni əməkdaşlıq görüşləri keçiririk. Məlum məsələdir ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində təhsilimiz sürətlə irəliləyir. Bunun daha da inkişafı naminə, belə görüşlərin keçirilməsini mütləq hesab edirəm”.
Avstraliya Konsulluğu İstanbul baş konsulu Pasqualino Strangis tədbir iştirakçılarını salamlayaraq burada iştirakın onun üçün xoş olduğunu bildirdi: “Bildiyimiz kimi, Avstraliya təhsil və tədqiqat mərkəzidir. Biz Qafqaz ölkələrində olan universitetlərlə əməkdaşlığa xüsusi önəm veririk. Qeyd etmək yerinə düşər ki, ABŞ və İngiltərədən sonra xaricdən gələn tələbə sayına görə Avstraliya üçüncüdür və bu ölkənin universitetlərindən məzun olan 15 nəfər Nobel mükafatı alıb.”

Qafqaz Universiteti xarici əlaqələr prorektorluğu layihələr kordinatoru Sevil İmanova tədbir haqqında məlumat verdi: “Bu gün ilk dəfədir ki, Azərbaycan və Avstraliya arasında əməkdaşlıq forumu keçirilir. Forumun əsas məqsədi, universitetlər arasındakı əməkdaşlıqları möhkəmləndirmək, eyni zamanda Avstraliya universitetlərindəki təqaüd proqramları haqqında tələbələrə məlumat verməkdir. Qeyd edim ki, Avstraliyadan beş universitet bizim qonağımız oldu, Azərbaycandan isə 10- a yaxın universitet bu tədbirdə iştirak edir. Seminar başa çatdıqdan sonra universitet numayəndələri dəyirmi masa arxasında qarşılıqlı əməkdaçlıq müqaviləsi imzalayacaqlar. Hesab edirəm ki, bu təhsil yolunda yeni və uğurlu bir addım olacaq”
“University of Wollongong” Universitetinin nümayəndəsi Halil Evecan Qafqaz Universiteti tərəfindən xoş qarşılandığı üçün öz minnətdarlığını bildirdi: “Mən universitet rəhbərliyinə, tələbələrə, xüsusilə də universitetin rektoru Ahmet Saniç bəyə bizi qonaqpərvərliklə qarşıladığı üçün minnətdarlığımı bildirirəm. Seminar zamanı tələbələrin aktiv iştirak etməsi diqqətimi çəkdi. Bu təbii ki, onların aldığı yüksək səviyyəli təhsilin göstəricisidir. Mən ümid edirəm ki, bu əməkdaşlıq bizim ölkələr üçün uğurlu addım olacaq”.
İstambul- Avstraliya Baş Konsulluğu və ticari Ateşeseliyində Təhsil müşaviri Evin Sungun Azərbaycan Avstraliya əlaqələrinin bundan sonra daha sıx bağla davam edəcəyini bildirdi: “Azərbaycandakı təhsil, tələbələrin uğurları İstanbul- Avstraliya Təhsil Nazirliyimizin diqqətini çəkdi və Qafqaz Universitetinə təşrif buyurduq. Bu gəliş bizim üçün çox önəmlidir. Çünki, iki ölkə arasındakı təhsillə olacaq körpünün çox vacib olduğunu düşünürəm. Qeyd edim ki, Azərbaycan təhsil keyfiyyəti baxımından Avstraliya tərəfindən tanınan bir ölkədir. Burda olmaq bizim üçün sevindirici haldır , bundan sonra da qısa fasilələrlə Azərbaycana gəlməyi planlaşdırırıq”.
Avstraliya Konsulluğu İstanbul baş konsulu Pasqualino Strangis tədbir iştirakçılarını salamlayaraq burada iştirakın onun üçün xoş olduğunu bildirdi: “Bildiyimiz kimi, Avstraliya təhsil və tədqiqat mərkəzidir. Biz Qafqaz ölkələrində olan universitetlərlə əməkdaşlığa xüsusi önəm veririk. Qeyd etmək yerinə düşər ki, ABŞ və İngiltərədən sonra xaricdən gələn tələbə sayına görə Avstraliya üçüncüdür və bu ölkənin universitetlərindən məzun olan 15 nəfər Nobel mükafatı alıb.”
Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info