Con Makkeyn: “ABŞ dünyada etibarını itirib”
Tarix: 22.11.2014 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


ABŞ-ın Brukinqs İnstitutu: “Etiraf etmək lazımdır ki, Rusiyanı təcrid etmək siyasəti uğursuzluğa düçar olub”

Amerikalı respublikaçı senator Con Makkeyn əminliklə bəyan edib ki, Vaşinqton getdikcə beynəlxalq etibarını itirir. O, bunu ölkəsinin Ukraynanın şərqində baş verən hadisələrin həlledici anlarında vəziyyət haqqında məlumatsızlığı ilə əlaqələndirib: “Bütün dünyada, o cümlədən Şərqi Avropada Amerikaya qarşı olan etimad artıq aradan qalxır. Bu, öncə, Amerika Birləşmiş Ştatlarının Rusiyanın təcavüzü ilə üzləşən Ukrayna xalqına kömək etməkdə uğursuz fəaliyyəti ilə əlaqədardır”.
UNİAN-ın məlumatına görə, bu barədə Makkeyn Şərqi Avropada demokratiya problemlərinə həsr edilən müzakirələr zamanı bildirib. Senator Ukraynaya silah verilməsi üçün Obama administrasiyasına təsir göstərmək üçün əlindən gələni edəcəyinə söz verib: “Ukrayna xalqı indi də məhv edilməkdədir. Məndə olan məlumata görə, dörd mindən artıq ukraynalı öldürülüb. Bununla belə, ABŞ onlara silah vermir ki, çətin anda özlərini müdafiə etsinlər”. Bu arada ABŞ administrasiyası etiraf edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu ölkənin siyasətinə heç bir təsir göstərməyib. ABŞ-ın yüksək vəzifəli nümayəndəsi qeyd edib ki, sanksiyalar Rusiya iqtisadiyyatının bütün sahələrinə təsir göstərib.

Madlen Olbrayt:“ABŞ administrasiyasının fəaliyyəti nəticəsində dünyada demokratiyanın nüfuzu
azalıb”


Amma bu, Moskvanın siyasətini dəyişməyib: “Rusiya da öz növbəsində əks sanksiyalarla Avropa ölkələrinə cavab verir. Rusiya bir çox Avropa ölkələrindən kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırıb”. ABŞ administrasiyası nümayəndəsinin sözlərinə görə, Amerika dövləti bütün bu imkanları nəzərə alaraq, qarşıya qoyulmuş məqsədə nail olmaq üçün avropalılarla birlikdə hərəkət etməlidir. Qeyd edək ki, bu məsələdə maraqlı məqamlardan biri ondan ibarətdir ki, BRİKS-ə üzv olan ölkələrlə yanaşı bəzi Latın Amerika ölkələri də Ukraynadakı böhranla əlaqədar Rusiyanın mövqeyinə oxşar mövqedən çıxış edirlər. Bu məsələ ilə bağlı ABŞ-ın Brukinqs İnstitutunun təhlil mərkəzi araşdırma aparıb. İnstitut əməkdaşlarının iddiasına görə, hətta Amerika ilə NATO-da müttəfiq olan bəzi ölkələr də bu məsələdə bitərəf mövqe tutublar. Onlar nümunə kimi Türkiyəni önə çəkirlər: “Türkiyə ilə yanaşı, İndoneziya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı dövlətləri də bu siyahıya daxildir. Etiraf etmək lazımdır ki, görünür ki, Rusiyanı təcrid etmək siyasəti uğursuzluğa düçar olub”. Yazının bu məqamında Ukraynada baş verən hadisələr barədə ABŞ-ın sabiq dövlət katibi Madlen Olbraytın da fikirləri maraqlı görünə bilər. O, “Demokratiya üçün Milli Dəstək Fondu”nun keçirdiyi tədbirdə çıxış edərkən bildirib ki, “Avropa Birliyinin Ukrayna böhranındakı fəaliyyəti "simasız və təsirsiz" olub”. Bu barədə “Amerikanın səsi” xəbər yayıb. Çıxışında Rusiya prezidentinin gələcəkdə atacağı taktiki addımlar barədə fikir söyləyən sabiq dövlət katibi bildirib ki, Rusiya güclü bir ordu ilə Avropanı qəsb etməyə cəhd göstərməyəcək, amma müxtəlif üsullarla da olsa vəziyyəti gərginləşdirəcək. Olbraytın fikrincə, Avropa bu problemlərin həlli istiqamətində həyata keçirdiyi bəzi məsələlərdə o qədər haqlı deyil. Bununla yanaşı, o, ABŞ-ın bu istiqamətdəki fəaliyyətini də uğurlu hesab etmədiyi bildirib: “ABŞ administrasiyasının fəaliyyəti nəticəsində, xüsusilə İraqda baş verən hadisələr fonunda demokratiyanın nüfuzu azalıb”.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info