Ermənistanın beynəlxalq hüquqa hörmətsizliyinə nə vaxta qədər göz yumulacaq?
Tarix: 22.11.2014 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


ATƏT və həmsədrlərdən soruşmaq lazımdır ki, Ermənistan ordusu Azərbaycanın işğal olunmuş torpaqlarında 40 min nəfərlə hərbi təlim keçirəndə niyə səsiniz çıxmırdı?

Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan iki onillik ərzində aparılan danışıqlarda qeyri-konstruktiv mövqe ortaya qoyaraq status-kvonu davam etdirir. Status-kvonun davam etməsi torpaqlarımızın işğalının davam etməsi deməkdir. Ona görə də Azərbaycan status-kvonun dərhal ləğv edilməsini, torpaqlarımızın işğalına son qoyulmasını və böyük sülh sazişi üzərində işləməyi təklif və tələb edir. Amma Ermənistan tərəfi heç bir halda konstruktiv mövqe ortaya qoymayaraq işğal faktını davam etdirmək, danışıqlarda əldə edilən kiçik uğuru belə, heçə endirmək üçün müxtəlif təxribatlara əl atır.

Çin rəsmisi: “Milli məsələlərin, münaqişələrin çoxu Qərb dövlətlərinin ikili standartlarının nəticəsində yaranıb”

Elə son Paris görüşündən sonra da baş verənlər eyni ssenarinin davamıdır. Paris görüşündə Fransa dövlət başçısı tərəfindən tərəflərə böyük sülh sazişi üzərində işə başlamaq təklif edildi. Tərəflər danışıqlarda müəyyən müsbət məqamların olduğunu açıqladılar. Amma danışıqlardan heç bir həftə keçməmiş Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarında hərbi təlimlərə başladı. Bununla da Ermənistan həm danışıqlara, həm həmsədrlərə, həm də beynəlxalq hüquq prinsiplərinə növbəti dəfə hörmətsizlik nümayiş etdirdi. Görünən kənddə nə bələdçi? Ermənistan açıq-aşkar beynəlxalq hüququ pozaraq işğal olunmuş torpaqlarda hərbi təlimlər keçirir. Adını da qoyurlar separatçı rejimin keçirdiyi təlim. Bəyəm separatçı rejimin 40 minlik ordusumu var? Sərkisyan və onun komandası bununla da danışıqlarda hansısa irəliləyiş istəmədiklərini və status-kvonun davamında maraqlı olduqlarnı nümayiş etdirdilər. Amma nə həmsədrlər, nə beynəlxalq təşkilatlar, nə ATƏT, nə BMT Ermənistanın işğal olunmuş ərazilərimizdə hərbi təlim keçirməsinə etiraz etmədilər. Yenə də Ermənistanın beynəlxalq hüququ açıq-aşkar pozmasına göz yumdular. İşğal olunmuş torpaqlarımızda həyata keçirilən təlimlərdən təxribat məqsədi ilə istifadə edərək təmas xəttində yerləşən mövqelərimizə hücum cəhdi etdilər. Silahlı Qüvvələrimiz dərhal məsələyə müdaxilə edərək düşmən helikopterini məhv etdi.

“İkili standartlar, beynəlxalq hüquq normalarına hörmətsizliyi görəndə Azərbaycan dövlət başçısının seçdiyi strategiya və həyata keçirdiyi siyasətin nə qədər doğru olduğuna bir daha əmin olursan. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, özümüzə güvənməli, siyasi-iqtisadi-hərbi baxımdan güclü olmalıyıq”

Elə bil bəzi beynəlxalq təşkilatlar bunu gözləyirmiş. Bir-birinə calanan bəyanatlar, tərəfləri atəşkəsə riayət etməyə səsləyən müraciətlər, həmsədrlərin özlərini biabır edən bəyanatı və s. Onlardan soruşmaq lazımdır ki, Ermənistan ordusu Azərbaycanın işğal olunmuş torpaqlarında 40 min nəfərlə hərbi təlim keçirəndə niyə səsiniz çıxmırdı? Hərbi təlim keçirilir, səsiniz sıxmır, hərbi vertolyotlar mövqelərimizə hücum edir, səsiniz sıxmır, amma Azərbaycan əsgəri onlara cavab verəndə vay-şivən bəyanatları bir-birini izləyir. Budurmu beynəlxalq hüquq? Belə görünür ki, beynəlxalq hüquq norma və prinsiplərinə hörmət etməyən elə, həmsədrlər də daxil olmaqla bəyanatı bəyanata calayanlardır. Təlimlərə etiraz etməyi “unudan” həmsədrlər utanmadan bəyanat verərək helikopterin “neytral ərazi”yə düşdüyünü qeyd edirlər. BMT qətnamələri ilə də təsdiqlənən işğal olunmuş ərazimizə “neytral ərazi” deyən həmsədrlərdən ədalətli vasitəçilik gözləmək olarmı? Onda hansı əsasla Rusiyanın Ukrayna sərhədi yaxınlığında keçirdiyi hərbi təlimləri qınayırdınız? İkili standartlı yanaşma ilə beynəlxalq hüquq normalarını da hörmətdən salıblar.

“Təlimlərə etiraz etməyi “unudan” həmsədrlər utanmadan bəyanat verərək helikopterin “neytral ərazi”yə düşdüyünü qeyd edirlər. BMT qətnamələri ilə də təsdiqlənən işğal olunmuş ərazimizə “neytral ərazi” deyən həmsədrlərdən ədalətli vasitəçilik gözləmək olarmı?”

Onların nəzərinə çatdırmaq lazımdır ki, BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi ilə balı 4 qətnaməsi var. Ermənistanın bu qətnamələrə əməl etməməsi bir yana, həmin ərazilərdə hərbi təlimlər keçirməsi BMT-yə də, həmsədrlərə də ən azı hörmətsizlikdir. İkili standartlar, beynəlxalq hüquq normalarına hörmətsizliyi görəndə Azərbaycan dövlət başçısının seçdiyi strategiya və həyata keçirdiyi siyasətin nə qədər doğru olduğuna bir daha əmin olursan. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, özümüzə güvənməli, siyasi-iqtisadi-hərbi baxımdan güclü olmalıyıq. İkili standartların baş alıb getməsindən şikayət edənlərdən biri də Çin dövlətidir. Çin Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya Departamentnin direktoru Quy Çunyuy bəyan edib ki, rəsmi Pekin milli məsələlərin həllinə ehtiyatla yanaşmağa üstünlük verir. İTAR-TASS-ın məlumatına görə, Çin rəsmisi ölkəsinin hansısa bir ərazidə referendum keçirilərək müstəqillik əldə edilməsinin əleyhinə olduğunu bildirib: «Krım məsələsinə gəldikdə isə burada məsələ bir qədər fərqlidir. Biz Krımın mənsub olma tarixini yaxşı bilirik. Ümumilikdə, milli məsələlərin, münaqişələrin çoxu Qərb dövlətlərinin ikili standartlarının nəticəsində yaranıb. Onlar özlərinin tamahkar maraqlarından çıxış edərək hansısa xalqları dəstəkləyir və onları müstəqillik əldə etmək üçün referendum keçirməyə təhrik edirlər. İkili standartlı yanaşma ABŞ-ın maraqlarına xidmət edir. Həmin ölkələr məqsədlərinə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının qərarı olmadan ölkələrə hərbi müdaxilə edir, müstəqil dövlətlərin daxili işlərinə qarışırlar. Çin qəti şəkildə bu yanaşmanın əleyhinədir. Qərbin bu yanaşması milli məsələləri qızışdıraraq yeni münaqişə ocaqları yaradır”. Çin rəsmisi haqlıdır. Ermənistan elə Qərbin bu çoxstandartlı yanaşmasından güc olaraq beynəlxalq hüquqa hörmətsizlik edir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.12.2019
Leyla Əliyeva növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib
14.12.2019
Prezident İlham Əliyev Qazaxıstan Prezidentini təbrik edib
14.12.2019
Mehriban Əliyevanın sayəsində bizim üçün hər cür rahatlıq təmin edilib
14.12.2019
Türkiyə Parlamenti ABŞ Senatının “erməni soyqırımı” qərarını rədd edib
13.12.2019
Prezident İlham Əliyev Böyük Britaniyanın Baş nazirini təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info