Ana oğlundan utanıb arıqladı
Tarix: 22.11.2014 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


İki övlad anası, 32 yaşlı Aqneşka Roquşka son 12 ay ərzində 83,7 kq arıqlayıb. Onun sərt pəhriz saxlaması, idmanla məşğul olması və onsuz da gərgin olan iş qrafikində vaxt taparaq fitnes zala yollanmasının səbəbi var.
Daha doğrusu, səbəbkarı.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Bristol şəhərində yaşayan Aqneşka Roquşka özünü tam normal, amma bir qədər "toppuş" xanım sayırdı. O, özünü çox kök, izafi çəkili qadın hesab etmirdi və bu səbəbdən də sevdiyi təamları istədiyi zaman yeyirdi.
Amma günlərin birində Aqneşkanın 8 yaşlı oğlu Oliver ondan soruşdu: "Ana, sən axı niyə belə tosqunsan?! Sənin qarnın başqa anaların qarınlarından niyə yekədir?!"
Bu sözləri eşidən Aqneşka çox utandığını deyir.
"Özümü pis hiss etdim. Sevimli oğlum mənə belə deyirdisə, deməli, ətrafımdakı insanlar da eyni cür düşünürdülər. İşdə və küçədəki insanların nəzərlərini sanki yenidən anladım. Məhz o gün arıqlamağa, çəkimi normaya salmağa qərar verdim".
Çəkisi 146,7 kq olan Aqneşka pəhrizə və idmana başladı.
Bir il keçdi və onun çəkisi 63 kiloqrama düşdü. Beləcə, iki övlad anası 12 ayda 83,7 kq arıqlamağı bacarmışdı.
Aqneşkanın sözlərinə görə, onun anası da izafi çəkili olmuşdu.
"İkinci övladıma hamilə olanda qidalanma rasionumu pozmuşdum. Kökəldiyimi anlayırdım və bunun qarşısını almaq üçün ciddi addımlar atmadım. Doğuşdansonra intensiv terapiyada olanda kökəlməyə davam etdim. Sonra ərimlə boşandım, depressiyaya qapıldım, yenə kökəldim. Beləcə, çəkim həddən artıq artdı", - Aqneşka Roquşka söyləyib.
Milli.Az




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Tullantıların çeşidlənməsi zamanı 19-cu əsrə aid nadir kitab tapılıb
16.10.2019
Assosda 2300 yaşlı balıqqabılar və qarmaqlar tapıldı
16.10.2019
Polisi döyən deputat 792 manat cərimələndi
16.10.2019
Sahibini izləyən robot-çamadan
16.10.2019
Çinin ilk yerli buzqıran gəmisi ilk səfərinə çıxdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info