“Azərbaycanın son illərdəki güclü inkişafı bizi sevindirir”
Tarix: 22.11.2014 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin başçılıq etdiyi nümayəndə heyəti Yunanıstan Əmək Konfederasiyasının dəvəti ilə bu ölkədə üç günlük səfərdə olub. AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti ölkənin ən iri həmkarlar ittifaqı təşkilatı olan Yunanıstan Əmək Konfederasiyasında olub.
Görüşdə təşkilatın sədri Yiannis Panaqoraulas Yunanıstandakı sosial-iqtisadi vəziyyət, ölkənin son illərdə qarşılaşdığı iqtisadi böhran haqqında danışıb. O, qeyd edib ki, iqtisadi böhran nəticəsində ölkə iqtisadiyyatına böyük ziyan dəyib, minlərlə iş yeri bağlanıb, işsizlik və yoxsulluq səviyyəsi artaraq 28 faiz olub. Əməkhaqlarının vaxtında verilməməsi ölkədə sosial vəziyyətin ağırlaşmasına səbəb olub. Əmək Konfederasiyasının sədri məlumat verib ki, bu vəziyyətlə əlaqədar son dövrlər ölkədə həmkarlar ittifaqı təşkilatının işi çətinləşib. Həm üzvlük haqlarının yığılmasında problemlər meydana gəlib, həm də iş yerlərinin bağlanması ilə əlaqədar kollektiv müqavilələrin imzalanmasında əngəllər yaranıb. Y.Panaqoraulas Azərbaycan nümayəndə heyətinin Yunanıstana səfərini yüksək qiymətləndirib, S.Mehbalıyevi Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilməsi münasibətilə təbrik edib.
Görüşdə S.Mehbalıyev Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti haqqında məlumat verib. O, Azərbaycanda həmkarlar ittifaqı hərəkatının 1 əsrdən artıq tarixə malik olduğunu, tarixdə ilk kollektiv əmək müqaviləsinin məhz Bakıda imzalandığını diqqətə çatdırıb. Həmçinin son illər Azərbaycanda işçilərin əmək hüquqlarının qorunması istiqamətində həmkarlar ittifaqlarının gördüyü işlərdən, bu sahədə qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb. AHİK sədri ölkələrimizin həmkarlar ittifaqı mərkəzləri arasında əməkdaşlığın genişlənəcəyinə və daha da möhkəmlənəcəyinə əmin olduğunu bildirib. AHIK-in nümayəndə heyəti Yunanıstanın əmək naziri Yiannis Vroutsis ilə görüşüb. Nazir 1992-ci ildə Azərbaycana səfərini xatırlayıb və deyib ki, Azərbaycanın son illərdəki güclü inkişafı onu sevindirir. Qeyd edib ki, 2 ay öncə Yunanıstanın Baş nazirinin Azərbaycana səfəri zamanı çəkilən şəkillərə baxdıqda bu inkişafın bir daha şahidi olub. Y.Vroutsis ölkəsindəki böhranın artıq nizamlandığını, iqtisadiyyatın bir çox sahələrinin tənəzzülünün qarşısının alındığını diqqətə çatdırıb. O, indiki hakimiyyətin qısa müddətdə ölkədə tərəqqi əldə olunmasını təmin edəcəyinə inandığını bildirib, Yunanıstan-Azərbaycan əlaqələrinin inkişafının məmnunluq doğurduğunu vurğulayıb. Nazir ölkələrimizin həmkarlar ittifaqı mərkəzləri arasında əlaqələrin bütövlükdə Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafına xidmət edəcəyinə əminliyini bildirib. Görüşdə AHİK-in sədri S.Mehbalıyev Azərbaycandakı sosial-əmək münasibətləri haqqında məlumat verib.
Səfər çərçivəsində nümayəndə heyəti Yunanıstanın ətraf mühit, enerji və iqlim dəyişiklikləri nazirinin müavini Asimakis Papageorgiou ilə də görüşüb. Nazir müavini dəfələrlə Azərbaycanda olduğunu, Yunanıstan və Azərbaycan hökumətləri arasında sənədlərin hazırlanması ilə əlaqədar çoxsaylı görüşlər keçirdiyini söyləyib, ölkələrimizin əlaqələrinin inkişafını yüksək qiymətləndirib.




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Azərbaycan təhsil sistemində idarəetmə texnologiyalarının tətbiqi zəruridir
21.05.2019
“Mxitaryan, axı sən nə istəyirsən?”
20.05.2019
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20.05.2019
Ramin Əhmədov: ”Azərbaycanda mükəmməl sosial təminat sistemi qurulub”
20.05.2019
Millət vəkili Azər Badamov: “Hədəf neftdən asılı olmayan güclü iqtisadiyyat formalaşdırmaqdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info