Rövnəq Abdullayev: “15 min nəfər işlə təmin olunacaq”
Tarix: 22.11.2014 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev gənclərlə görüşüb.
“Neftqazelmitədqiqatlayihə” institutunda baş tutan görüşdə ARDNŞ-də gənclərlə bağlı layihələr, təhsil və karyera imkanları, qarşıda duran vəzifələr mövzusunda müzakirələr olub. Tədbirdə çıxış edən R. Abdullayev gənclərə qarşıda duran planlar və ölkədə aparılan enerji və insan kapitalı siyasəti haqqında məlumat verib. O, tələbələrə TANAP, TAP və ARDNŞ-in digər layihələri barədə ətraflı məlumat verib. O bildirib ki, yaxın illərdə inşa edəcəkləri yeni neft-qaz və neft-kimya kompleksi ölkənin ən mühüm layihəsidir. Kompleksin inşası başa çatandan sonra burada 15 min nəfər işlə təmin olunacaq: “Artıq gələn il biz bu layihənin tikintisinə başlayacağıq. Bu ilin sonunda isə bununla bağlı tender elan olunacaq”. ARDNŞ-in təhsilə böyük diqqət ayırdığını deyən R. Abdullayev deyib ki, bu gün mindən artıq tələbə xaricdə ARDNŞ-in xətti ilə təhsil alıb: “İndiyə qədər 41 min nəfər ixtisas artırma kursunda, 1 055 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib, ARDNŞ-in 5 təlim tədris mərkəzində təhsil alıb. ARDNŞ kadr potensialını genişləndirməklə, zamanla ayaqlaşa bilən gəncləri öz arasına cəlb edib. Bunun içində fəhlə kadrlarının hazırlamasına da böyük önəm verilir”. ARDNŞ-in kadr siyasətindən danışan R. Abdullayev deyib ki, şirkətin baş ofisindəki işçilərin 23%-ni gənclər təşkil edir. Ümumilikdə isə ARDNŞ işçilərinin 43,7%-ni yaşı 35-dən aşağı insanlar tutur. Sonra çıxış edən ARDNŞ-in İnsan resursları departamentinin rəhbəri Asif Bəkirlinin sözlərinə görə, ARDNŞ təqaüdlərinin seçim mərhələsi gənclərin marağına səbəb olub: “Ümumilikdə ARDNŞ təqaüdlərinə 17 seçim olub. Bu seçimlərdə 13 mindən çox tələbə iştirak edib. İşə qəbul prosesində, həmçinin mənzil növbəsinə durma prosesində ARDNŞ təqaüdçülərinə, yaxud ARDNŞ-in hesabına xaricdə oxuyanlara güzəşt olunur. İndiyə qədər 161 nəfər ARDNŞ təqaüdçüsü işə qəbul edilib”. Tədbirin sonunda “ARDNŞ Yay Məktəbi 2014” layihəsində 1-ci yeri qazanan qalib komandanın üzvlərinə sertifikatlar verilib və ARDNŞ-in təqaüdünə birinci dəfə layiq görülən tələbələrə plastik bank kartları təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info