“Barselona“nın prezidenti Messi iddialarına son qoydu
Tarix: 22.11.2014 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Lionel Messinin "Barselona"dan ayrılacağı ilə bağlı yayılan iddialara son qoyulub. İspaniya mətbuatının yaydığı xəbərə görə, klubun prezidenti Josep Mariya Bartomeu deyib ki, argentinalı hücumçu başqa kluba transfer olunmayacaq:
" Nə bizim Messini satmaq, nə də onun buradan ayrılmaq fikri var. Lionel "Barselona"da xoşbəxtdir. Messinin bizdən müqavilənin uzadılması ilə bağlı istəyi olmayıb. O, hələ də dünyanın ən yaxşı futbolçusudur". Qeyd edək ki, "Barsa"nın 2016-ci ildə Messini satacağı iddia edilirdi. Yayılan məlumatlarda qeyd edilirdi ki, “Barselona” futbol klubunun yeni prezidentinin 2016-cı ildə keçiriləcək seçkiləri argentinalı futbolçu Lionel Messinin “Kamp Nou”da qalmaq məsələsində mühüm rol oynaya bilər. Xosep Bartomey Messini gələcək seçkilərdə müvəffəqiyyətin qarantı kimi saxlamaq niyyətindədir. Bundan sonra barselonalılar klubun əsas ulduzu ilə üzülüşə bilərlər. L.Messi onun üçün maksimum məbləğ ödəyən komandaya keçəcək. Qeyd edilir ki, hazırda Messi komandanın prezidentinin siyasətindən bir o qədər də razı deyil. Hücumçunun fikrincə, “Barselona”da onu “Real”da Kriştianu Ronaldu kimi qiymətləndirmirlər. Bundan əlavə, Messi Kataloniya mətbuatından narazıdır. Onun fikrincə, KİV-lər “Barsa” rəhbərliyinin təlimatına uyğun fəaliyyət göstərərək, Neymarı klubun gələcək siması kimi təbliğ edirlər. Daha əvvəl futbolçu Argentina KİV-lərinə müsahibəsində “Barselona” klubundan getməyi istisna etmədiyini bildirmişdi.




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
“Yuventus“un yeni baş məşqçisi müəyyənləşdi
17.06.2019
PSJ Neymarı satmağa hazırdır
16.06.2019
“Xəzər-Lənkəran” komandası Topaz Futbol Festivalının mini-futbol üzrə regional turnirinin qalibi olub
16.06.2019
Salah “Real“ və “Yuventus“a keçməkdən imtina etdi
16.06.2019
Stiven Jozef-Monroz “Neftçi“də

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info