Davudoğlu: “Ermənistan da barış layihələrinin iştirakçısı ola bilər...”
Tarix: 22.11.2014 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


İstanbulda ABŞ Atlantik Şurasının “Enerji və iqtisadiyyat” mövzusunda toplantısı keçirilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, toplantıda ABŞ-ın vitse-prezidenti Co Bayden və Türkiyənin baş naziri Əhməd Davudoğlu da iştirak edib. Əhməd Davudoğlu bildirib ki, 1990-cı illərdə Qafqaz və Balkanlar qeyri-sabit bölgələr kimi tanınırdı: “TANAP sayəsində bu bölgələr barış bölgəsi olaraq anılmağa başlayıb. Azərbaycan-Ermənistan münaqişəsi zonası da enerjinin sülh məqsədilə istifadə oluna biləcəyi bir yerdir. Kimsə Bakı-Ceyhana inanmırdı, amma bu layihə gerçəkləşdi. Lakin Ermənistan bu layihədən kənarda qaldı. Niyə? Çünki Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Azərbaycan və Ermənistan arasında yaranacaq əlaqələrdən ən çox məmnun qalacaq ölkə Türkiyə olacaq. Azərbaycan bu gün iqtisadi rifaha qovuşmuş ölkədir. Ermənistan da barış layihələrinin iştirakçısı ola bilər, sadəcə olaraq, siyasi iradə lazımdır. Ümid edirik ki, helikopter hadisəsindən sonra yaranan gərginlik ATƏT-in Minsk Qrupunun səyləri ilə azaldılacaq”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub
12.11.2018
Slovakiyanın Baş naziri Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib
12.11.2018
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib
12.11.2018
Prezident Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12.11.2018
Müdafiə Nazirliyi: atəşkəs rejimi 28 dəfə pozulub

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info