Yusuf Halaçoğlu: “Sərhədlər möhürlü şəkildə qalmalıdır, bunun günahkarı Ermənistandır”
Tarix: 22.11.2014 | Saat: 22:24:00 | E-mail | Çapa göndər


“Ermənistan Türkiyəyə hər hansı əl uzadırsa, Türkiyənin o əli sıxmasından söhbət gedə bilməz”

“Türkiyədə heç bir “möhürlü qapı” yoxdur. Möhürü açılacaq qapı varsa, o da ermənilərin açacağı qapılardır. Bu günə qədər ermənilərin bizə qarşı yönəltdikləri “soyqırımı" iddialarını puça çıxarmaq üçün ən önəmli arxivlər qapısı möhürlü Boston arxivi və daşnakların digər ölkələrdəki arxivləridir”.
Bunu APA-ya açıqlamasında Hrant Dink Vəqfinin təşkilatçılığı ilə bu gün Ankara Universitetində başlayan və 2 gün davam edəcək “Möhürlü Qapı: Türkiyə-Ermənistan sərhədinin gələcəyi” mövzusunda keçirilən beynəlxalq konfransa münasibət bildirən Milliyyətçi Hərəkat Partiyasının (MHP) parlament fraksiyasının həmsədri, tarixçi professor Yusuf Halaçoğlu söyləyib.

Y. Halaçoğlu deyib ki, Türkiyənin “möhürlü qapı” problemi yoxdur, ilk növbədə ermənilər möhürlü qapıları açmalıdırlar.

Qeyd edək ki, Türkiyə Ermənistanla sərhədini 1993-cü il aprelin 8-də bağlayıb. Buna səbəb Ermənistan Silahlı Qüvvələrinin həmin vaxt Kəlbəcər rayonunu işğal etməsi olub. Y. Halaşoğlu bildirib ki, Rusiyanın dəstəyini alan Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ermənistanın Türkiyəyə qarşı “soyqırımı”, torpaq iddiaları olduğunu xatırladan tarixçi, deyib ki, Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır: “Türkiyə təbii ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı sanksiya tətbiq etməli idi və bu sanksiya da tətbiq edilib. Burada heç bir möhürlü qapıdan da söhbət gedə bilməz. Ermənistan Türkiyəyə hər hansı əl uzadırsa, Türkiyənin o əli sıxmasından söhbət gedə bilməz. Möhürlü qapılar, yəni sərhədlər möhürlü şəkildə qalmalıdır, bunun da günahkarı Ermənistandır”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info