Türkiyə XİN İcra Aparatının keçmiş rəhbəri: “Sərhədlərin açılması Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaq olar”
Tarix: 22.11.2014 | Saat: 22:29:00 | E-mail | Çapa göndər


“Möhürlü qapılar” adı altında konfranslar nəticəsində Türkiyənin rəsmi siyasətinə dəyişikliklər edilməsi qardaş Azərbaycanla münasibətlərin pisləşməsinə səbəb ola bilər”

“Türkiyə-Ermənistan sərhəd qapılarının möhürlü olması Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin nəticəsidir. Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün o qapılar həmin vaxt bağlanıb”.
Bunu APA-ya açıqlamasında Hrant Dink Vaqfının təşkilatçılığı ilə bu gün Ankara Universitetində başlayan və 2 gün davam edəcək “Möhürlü Qapı: Türkiyə-Ermənistan sərhədinin gələcəyi” mövzusunda keçirilən beynəlxalq konfransa münasibət bildirən Cümhuriyyət Xalq Partiyasının Adana millət vəkili, Türkiyənin Azərbaycandakı sabiq səfiri, Türkiyə Xarici İşlər Nazirliyinin İcra Aparatının keçmiş rəhbəri Faruk Loğoğlu bildirib.
F. Loğoğlu deyib ki, bu cür konfransların Türkiyənin rəsmi xarici siyasətinə heç bir təsiri yoxdur, olmamalıdır və ola bilməz: “İşğal faktı aradan qaldırılmayıb. İndi sərhədlərin açılması barədə hər hansı söhbətin getməsi Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaqdır. Türkiyə Ermənistana dəfələrlə xəbərdarlıq edib ki, beynəlxalq hüquq normalarına əsasən Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz geri çəkilsin. Amma Ermənistan bu xəbərdarlıqlara və torpaqların işğaldan azad edilməsi barədə beynəlxalq təşkilatların qəbul etdiyi qərarların heç birinə əməl etməyib. Ona görə də Türkiyənin belə konfranslar nəticəsində möhürlü qapıları açmaq barədə düşünməsi Ermənistanı işğalçı siyasətini genişləndirilməsi istiqamətində cəsarətləndirə bilər. Digər tərəfdən, işğal edilmiş torpaqlar qardaş Azərbaycanın torpaqlarıdır. “Möhürlü qapılar” adı altında konfranslar nəticəsində Türkiyənin rəsmi siyasətinə dəyişikliklər edilməsi qardaş Azərbaycanla Türkiyə arasında münasibətlərin kəskinləşməsinə və pisləşməsinə səbəb ola bilər. Bu da qəbuledilməz durumdur”.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Fransa məhkəməsinin separatçılarla imzalanmış “sazişi” ləğv etməsini alqışlayırıq
19.10.2019
Zatulinin Bakı-Moskva münasibətlərinə ziyan vurmaq cəhdi uğursuzluğa məhkumdur
19.10.2019
Türk Şurası dünyada vacib güc mərkəzinə çevriləcək
18.10.2019
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18.10.2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info