Hollandiyada Qarabağa dair sərgi
Tarix: 24.11.2014 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


Hollandiyanın Lahey şəhərində “Qarabağda üç nəslin bir soyqırımı” mövzusunda sərgi açılıb.
Sərginin açılışında Türkiyənin dövlət və hökumət üzvləri, diplomatlar, Hollandiyada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçiləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, təcavüzkar Ermənistanın işğal altında saxladığı torpaqlarımızda həyata keçirdiyi soyqırımı aktlar, xalqımıza qarşı törədilən hərbi cinayətlərin digər məqamları barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Ermənistan dövləti tərəfindən Xocalı soyqırımının törədilməsini təsdiq edən təkzibolunmaz sənədlər, foto və video materiallar, canlı şahidlər var. Təəssüf ki, bu hərbi cinayətləri sükutla qarşılayan bəzi dövlətlər və beynəlxalq təşkilatlar 1915-ci il hadisələrini təhrif edərək uydurma “erməni soyqırımı” iddiaları ilə çıxış edən ermənilərdən Türkiyə və Azərbaycana qarşı istifadə edirlər.
Sərgidə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ona bitişik ərazilərinin təcavüzkar Ermənistanın silahlı qüvvələri tərəfindən işğalından əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotolar və digər əyani vəsaitlər nümayiş etdirilir.
Ermənistanın hərbi təcavüzü nəticəsində həyatını itirən, əsirlikdə olarkən işgəncə və digər məşəqqətləri yaşayan soydaşlarımızın şəxsi əşyaları, geyimlərindən nümunələr də nümayiş olunur.
Ziyarətçilərə Azərbaycan həqiqətlərindən bəhs edən kitab və jurnallar paylanır.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info