“Çölçü” filmi daha bir uğura imza ata bilər
Tarix: 24.11.2014 | Saat: 15:15:00 | E-mail | Çapa göndər


Noyabrın 27-dən 29-dək Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa şəhərində “Akbuzat” Beynəlxalq Milli və Etnik Kinofestivalı keçiriləcək.
Kinofestivalının əsas məqsədi dünya xalqlarının mənəvi və mədəni dəyərlərinin təbliği və mübadiləsi, kinematoqrafiyanın inkişafına yeni, müsbət meyarların gətirilməsidir.
Müsabiqəyə Azərbaycan, Kuba, İran, İraq, Pakistan, Latviya, Estoniya, Özbəkistan, Qırğızıstan, Bolqarıstan və Türkiyədən 150 film təqdim olunub. Filmlər üç bölümdə - tammetrajlı, qısametrajlı bədii və sənədli filmlərin bütün janrları üzrə olacaqdır.
Seçim turunun əsas mərhələsinə 10 bədii, 9 qısametrajlı, 15 sənədli film keçib. Əsas müsabiqədəki filmlər ən yaxşı rejissor, operator, ssenari üzrə mükafatlar və baş mükafat uğrunda yarışacaq. Festival haqqında geniş məlumatı www.silverakbuzat.ru saytından əldə etmək olar.
Qeyd edək ki, “Çölçü” bədii filmi indiyədək sayına görə 25 beynəlxalq kinofestivalı və forumlarda iştirak edərək mükafat və diplomlara layiq görülüb.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.
Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonrakı həyatında baş verənlər üzərində qurulub.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır
19.10.2019
“Maşın“ı türkiyəli apardı
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb
18.10.2019
Tələbələr “YARAT”ın təşəbbüsü ilə təşkil olunan sərgini ziyarət ediblər
18.10.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info