“İran dünyada ən yaxşı və təhlükəsiz tranzit ölkədir”
Tarix: 24.11.2014 | Saat: 15:24:00 | E-mail | Çapa göndər


İran və Azərbaycan sərhədində yerləşən Bazarqan gömrük keçid məntəqəsində yük maşınlarının gediş-gəlişini asanlaşdırmaq məqsədi ilə ikinci keçid xəttinin açılması nəzərdə tutulub. Bu sözləri İranda səfərdə olan Azərbaycanlı jurnalistlərə Bazarqan gömrük keçid məntəqəsinin rəhbəri Əlirza Abbaspur deyib.
Ə.Abbaspur deyib ki, hazırda ikinci xəttin açılması üçün tikinti işləri gedir ki, bu da yük maşınlarının gediş-gəlişini müvəqqəti olaraq çətinləşdirir.
Türkiyə və İran arasında tranzit xərclərinin artması məsələsinə toxunan Ə.Abbaspur bu problemin həll edilməsi üçün danışıqların davam etdiyini bildirib. “Danışıqlar davam edir, yaxın günlərdə bu problem aradan qaldırılacaq”.
Ə.Abbaspur deyib ki, Qərbi Azərbaycan əyalətinin Türkiyə ilə üç sərhəd-keçid məntəqəsi var.
“Bunlardan biri də Bazarqan sərhəd-keçid məntəqəsidir. Bu sərhəd keçid məntəqəsi 70 ildən artıqdır fəaliyyət göstərir. İldə orta hesabla 16 milyard dollardan artıq ticarət dövriyyəsi həyata keçirilir. Ay ərzində bu məntəqədən 24 mindən çox yük maşını sərhəd keçid məntəqəsindən gediş-gəliş edir. Gündə 300-400 maşın gömrükdən keçir. Bu avtomobillərin bir hissəsi yük maşınlarıdır.”
Onun sözlərinə görə, yük maşınları tranzit olaraq Türkiyə, Əfqanıstan, Pakistan, Özbəkistan, Türksənistan, Tacıkistan, Hindistan və Azərbaycana gedir. “Yük maşınlarında əsasən ərzaq və sənaye müəssisələrinin istehsalı üçün avadanlıqlar və tikinti məhsullarıdır. Bunlar həm idxal, həm də ixrac olunur. Pambıq, parça və meyvə ixrac olunan məhsullardır.”
Ə.Abbaspur deyib ki, İran dünyada ən yaxşı və təhlükəsiz tranzit ölkə kimi tanınır.
Bazarqan gömrük məntəqəsi Qərbi Azərbaycan vilayətində, Türkiyə ilə sərhəddə yerləşən Maku şəhərinin 20 kilometrliyində yerləşir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info