Gəncə avtomobil zavodunda istehsalın həcmi artıb
Tarix: 24.11.2014 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Cari ilin ötən dövrü Gəncə avtomobil zavodu üçün uğurlu olub. Belə ki, 2013-cü illə müqayisədə zavodda istehsalın həcmi iki dəfəyədək artıb.
Zavodun direktor müavini Şəhla Abdinova bildirib ki, keçən ilin 10 ayında istehsalın həcmi 35,9 milyon manat olduğu halda, cari ilin 10 ayında bu rəqəm 57,7 milyon manat təşkil edib. Almaniya və İtaliyadan gətirilən müasir avadanlıqların istismara verilməsi nəticəsində istehsal olunan məhsulların keyfiyyəti də yüksəlib.
İndi müəssisədə 2 modeldə mini traktorlar istehsal olunur.
Minsk təkərli dartıcılar zavodu ilə bağlanan müqaviləyə əsasən, zavodda iritonnajlı yük maşınları və ağır yüklərin daşınması üçün nəzərdə tutulan treylerlərin yığımına da başlanıb.
Bundan başqa, müəssisədə traktorların bazasında yeni qar təmizləyən, asfalt doğrayan, yol təmizləyən, “MAZ” markalı avtomobillərin bazasında isə yanacaq daşıyan maşınlar, eləcə də kommunal xidmət üçün müxtəlif təyinatlı texnikalar istehsal olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info