ABŞ-da polis bu dəfə uşağı atəş açaraq öldürdü
Tarix: 24.11.2014 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


ABŞ dünyanı təəccübləndirməkdə davam edir. Belə ki, özü dünya dövlətlərinə insan haqlarından vətəndaş-məmur münasibətlərinin yüksək səviyyədə olmasını tələb etsə də bu ölkədə hələ də anormal proseslər cərəyan etməkdə davam edir. ABŞ mətbuatının yaydığı xəbərə görə amerikalı həkimlər polisin silahla ağır yaraladığı uşağın həyatını xilas edə bilməyiblər.
Xatırladaq ki Klivlend şəhərində “Cudell” əyləncə mərkəzi yaxınlığında əyləncə mərkəzindən polisə ərazidə silahlı şəxsin olduğu haqda edilmiş zəngdən sonra hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları naməlum silahla olan yeniyetməni görüblər. Polis uşağa atəş açandan sonra məlum olub ki onun əlindəki pnevmatik tapança olub. Bəzi məlumatlara görə isə bu adi oyuncaq olub. Uşağa açılan atəşdən biri onun qarın nahiyəsindən ağır yaralayıb. Artıq bu olayla bağlı da yerli əhali arasında narazılıq yaranıb. Xatırladaq ki, bir müddət öncə polis qaradərili Maykl Braun adlı bir gənci də atəş açaraq öldürmüşdü ki bu da Ferquson şəhərində böyük narazılıqlara səbəb olmuşdu.
Ümumiyyətlə isə 2014-cü ildə ABŞ-da bir neçə belə olay baş verib ki, polis sadə vətəndaşa atəş açaraq öldürüb. Hansı ki sonradan onun təhlükəli cani olmadığı bəlli olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info