Co Bayden Türkiyədə etirazla qarşılandı
Tarix: 24.11.2014 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyəyə səfərinə etiraz olaraq İstanbulda aksiya keçirilib.
“Doğan” agentliyinin yaydığı xəbərə görə, Türkiyə Gənclər Birliyinin 300-dək üzvü İstanbulda Taksim meydanından “Qalatasaraya”dək yürüş təşkil edib. Əllərində Türkiyənin dövlət bayraqları və plakatlar olan aksiya iştirakçıları ABŞ əleyhinə şüarlar səsləndiriblər. Polis aksiyaya müdaxilə etməyib. Yürüşün yekununda keçirilmiş mitinq zamanı Türkiyə Gənclər Birliyinin rəhbəri Çağdaş Cengiz aksiyanın bəyanatı səsləndirib.
“Biz ABŞ-ın dövlətimizin və bütün bölgənin işlərinə müdaxilə etməsinə qarşı çıxış edirik. Bu gün biz Amerika imperialistlərinə və bütün dünyaya mesaj vermək üçün toplaşmışıq. Bu aksiya İraqın nəfəsini, Əfqanıstanın vicdanını, Suriyanın ürəyini, Latın Amerikasının şərəfini, Türkiyənin isə etirazını təcəssüm etdirir”, deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, ötən həftə İstanbulun Eminönü rayonunda Türkiyə Gənclik Birliyi üzvləri “Go Home”, "Məhv olsun Amerika imperializmi" şüarları ilə Qara dənizdə təlimdən qayıdan ABŞ hərbi gəmisinin əsgərlərinə qırmızı boya ataraq, başına çuval keçirmişdilər. Aksiya təşkilatçılarının sözlərinə görə, bu, amerikalıların 2003-cü ildə İraqın Süleymaniyə şəhərində Türkiyə əsgərlərinə qarşı etdikləri analoji hərəkətlərinə cavab olub. İnsident zamanı ABŞ əsgərləri Türkiyə hərbçilərini saxlayaraq başlarına çuval keçirmişdilər.
Qeyd edək ki, Co Bayden Türkiyəyə üç günlük səfər edib. Səfər zamanı tərəflər bölgədəki vəziyyəti və “İŞİD” terror qruplaşması ilə mübarizədə əməkdaşlıq məsələlərini müzakirə edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info