Binəqədi rayonunda humanitar sahədə görüləcək işlər müzakirə edilib
Tarix: 24.11.2014 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


Binəqədi Rayon İcra Hakimiyyətində humanitar sahədə ətraflı və dolğun təhlillərin aparılması və strateji istiqamətlərin müəyyən edilməsi müzakirə edilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon hüquq mühafizə orqanları və icra strukturlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə humanitar sahədə dövlət siyasətinin daha dinamik həyata keçirilməsi və bu siyasətin reallaşdırılmasında yerli və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının koordinasiyalı fəaliyyəti Binəqədi Rayon İcra Hakimiyyətinin qarşısında duran prioritet məsələlərdən biri kimi səciyyələndirilib.
Yerlərdə vətəndaşlarla müntəzəm əlaqənin saxlanması, düzgün kadr seçimi, internet resurslarında və sosial şəbəkələrdə yer alan xəbərlərin izlənməsi və təhlil olunması, ideoloji işin yüksək səviyyədə qurulması, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması, ekologiya, turizm, əhalinin asudə vaxtının səmərəli təşkili, cəmiyyətin həyatında qadınların fəallığının artırılması, səhiyyənin, bədən tərbiyyəsinin, idmanın inkişafı, gənclər və uşaq siyasəti və digər sahələrdə qarşıda duran vəzifələrin icrası məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı sərəncam imzalayıb. Sərəncama əsasən tədbirlər planı hazırlanıb və orada müvafiq istiqamətlər üzrə strateji hədəflər müəyyənləşdirilib.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbiri açıq elan edib və giriş nitqi söyləyib. RİH başçısı çıxışında indiyədək görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Tədbir RİH başçısının müavini Aygün Əliyevanın Tədbirlər Planı barədə ətraflı məlumat verməsi ilə davam edilib. A.Əliyeva rayonda təhsil, səhiyyə, mədəniyyət, ekologiya, turizm, gənclər və idman sahəsindəki mövcud vəziyyət barədə geniş məruzə edib, uğurlarla yanaşı, həmin sahələrdə mövcud olan bir sıra çatışmazlıqları da diqqətə çatdırıb və onların aradan qaldırılması ilə bağlı görüləcək işlərdən danışıb.
Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədri, professor Asəf Zamanov çıxışında humanitar sahədə görülən işlərdə uğur qazanılması üçün cəmiyyətin bütün fəalları, xüsusilə də ziyalıların təşəbbüskarlığının vacibliyini qeyd edib.
Tədbirlər Planı ətrafında çıxış edən Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov ictimai asayişin qorunması, cinayətkarlıq və digər hüquqazidd əməllərin qarşısının alınmasında vətəndaş cəmiyyətinin rolunun əhəmiyyətini vurğulayıb.
Müzakirələr Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun yekun çıxışı ilə başa çatıb. RİH başçısı qeyd olunan sahədəki çatışmazlıqların aradan qaldırılması istiqamətində işlərin daha da intensivləşdirilməsi üçün aidiyyəti üzrə məsul şəxslərə tapşırıqlar verib.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info