Ağacəkmə aksiyası davam edir
Tarix: 24.11.2014 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Məlum olduğu kimi, bu ilin noyabr ayından ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq İctimai Birliyinin təsisçisi Leyla xanım Əliyevanın “Ümumrespublika yaşıllaşdırma” layihəsi əsasında ağacəkmə kampaniyasına start verilib. Rayonun Səngəçal və Sahil qəsəbələrinin nəzərdə tutulmuş ərazilərində, eləcə də Bakı-Salyan avtomobil yolunun kənarında yerli iqlim şəraitinə uyğun zeytun, şam, və müxtəlif növ ağac olmaqla 1000-ə qədər ağac əkilib. Bu nəcib aksiyada Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri yaxından iştirak edib.
Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün başlanan bu hərəkat daha da genişlənərək böyük ərazini əhatə edəcək. Əkilən ağacların qorunması üçün müvafiq suvarma sistemi qurularaq gecikdirilmədən aqrotexniki qulluq göstəriləcək.
“Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rayonun digər qəsəbələrində, eləcə də Bakı-Ələt (Astara) magistral avtomobil yolu boyunca ağaclar əkiləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info