QİDA qış sessiyası təşkil ediləcək
Tarix: 24.11.2014 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirdiyi “QHT-lərin İdarəetmə Akademiyası”nın (QİDA) qış sessiyasını təşkil edəcək.
Məlumata görə, QİDA qış sessiyası dekabrın 13-14-də Bakı şəhərində, Sabunçu “Gənclər Evi”-də təşkil olunacaq. Tədir zamanı iştirakçılara "Şəxsi və Peşəkar inkişaf Akademiyası" tədris bloku üzrə “Gənclərin fəal iştirakı” mövzusunda təlimlər keçiriləcək.
Praktiki məşğələlərlə iştirakçıların bilik və bacarıqları möhkəmləndiriləcək. 2 gün müddətində təşkil olunacaq tədbirdə 14-29 yaşlı gənclər və gənclər təşkilatları nümayəndələrinin iştirakı nəzərdə tutulur.
QİDA qış sessiyasının iştirakçısı olmaq üçün 1 dekabr 2014-cü il tarixi saat 18:00-adək www.qida.nayora.az ünvanına daxil olub müraciət formasını doldurmaq lazımdır.
İştirakçı seçimi zamanı ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının nümayəndələrinə üstünlük verilir
Qeyd edək ki, 2012-ci ildən start götürən “QHT-lərin İdarəetmə Akademiyası” (QİDA) Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) 3G strategiyasının gənclər təşkilatları institutunun gücləndirilməsi istiqaməti çərçivəsində həyata keçirilir. QİDA çərçivəsində 2 il ərzində 120 gənclər təşkilatının 300 nümayəndəsi 20 sessiyada iştirak etmiş və Akademiyanın məzunu olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
“EcoArt” layihəsi başa çatıb
19.02.2019
Peşə hazırlığı kurslarının Almaniya təcrübəsinə uyğun təşkili məsələləri müzakirə olunub
19.02.2019
Şəhidlik ölməzlikdir
19.02.2019
“Sistemli Satış üçün CRM“ mövzusunda təlim keçiriləcək
19.02.2019
“Keyfiyyətli təhsil-səriştəli müəllim kompetensiyaları” mövzusunda ödənişsiz təlim keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info