Bakıda daşınmaz əmlak idarəçiliyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Tarix: 24.11.2014 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən BMT Avropa İqtisadi Komissiyası (AİK) və Dünya Bankı ilə birgə əməkdaşlıq çərçivəsində 28 noyabr 2014-cü il tarixində Bakı şəhərində “BMT-nin AİK regionunda daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi və Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramının icra vəziyyəti” mövzusunda beynəlxalq tədbir keçiriləcək.
Komitənin fəaliyyətində BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) və digər əlaqədar təşkilatları, Dünya Bankı, inkişaf etmiş ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələri önəmli yer tutur. Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı, ünvan reyestrinin aparılması sahəsində qabaqcıl beynəlxalq təcrübə öyrənilir və ölkəmizdə tətbiqi istiqamətində ardıcıl işlər həyata keçirilir.
Bu baxımdan, Əmlak Məsələləri Dövlət Komitəsinin ev sahibliyi etdiyi bu beynəlxalq tədbir nəinki ölkəmiz üçün, habelə beynəlxalq müstəvidə mühüm əhəmiyyət kəsb edir. Belə ki, komitənin BMT Avropa İqtisadi Komissiyası və Dünya Bankı ilə birgə təşkil etdiyi bu tədbirdə BMT AİK-ə üzv olan dünyanın 56 dövlətinin nümayəndələri iştirak edəcəkdir. Eyni zamanda, beynəlxalq tədbirdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Dünya Bankının, eləcə də müxtəlif regional və beynəlxalq təşkilatların, yerli icra hakimiyyəti orqanlarının, işgüzar dairələrin, habelə xarici ölkələrin Azərbaycan Respublikasında akkreditasiya olunmuş səfirliklərinin nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur.
Tədbir çərçivəsində BMT Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupu tərəfindən BMT AİK-in 56 üzv dövlətinin daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi Layihəsinin təqdimatı keçiriləcəkdir. Bu Layihə milli daşınmaz əmlak idarəçiliyi sistemləri xidmətlərinin təhlili, məlumat təhlükəsizliyi, habelə fövqəladə hallarda daşınmaz əmlak idarəçiliyi məlumatlarının bərpa olunması üzrə təcrübələri ehtiva edir. Bununla yanaşı, Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramı çərçivəsində əmlaklar üzrə məlumatların hazırkı və yeni alternativ istifadə qaydaları barədə fikir mübadiləsi aparılacaqdır. Beynəlxalq tədbirdə, həmçinin, daşınmaz əmlak idarəçiliyi üzrə Könüllü Təlimatlar Toplusunun təqdimatı həyata keçiriləcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info