“Qardaş Türkiyə öz qardaşlıq, dostluq andına sədaqətli qalacaq”
Tarix: 24.11.2014 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Ankara universiteti ilə "Hrant Dink Fondu"nun birgə keçirdiyi “Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi” adlı konfrans Türkiyə ilə Azərbaycan arasında münasibətləri soyutmaq, müəyyən təxribatlar aparmaq məqsədi daşıyır. Bu barədə “Trend”ə millət vəkili Elman Məmmədov deyib. O bildirib ki, Türkiyə rəsmiləri, o cümlədən Türkiyənin əvvəlki Baş naziri, indiki Prezidenti Rəcəb Tayyib Ərdoğan, keçmiş xarici işlər naziri, indiki Baş naziri Əhməd Davudoğlu, keçmiş Prezidenti Abdulla Gül, Böyük Millət Məclisi dəfələrlə bəyan edib ki, nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır, Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə heç bir söhbət ola bilməz: “Yəni Türkiyə bu istiqamətdə öz mövqeyini həmişə bildirib. Vaxtaşırı olaraq müəyyən qruplar, müəyyən siyasi dairələr, qeyri-hökumət təşkilatlar və ya mətbuat orqanları xüsusi tapşırıq ilə bu istiqamətdə fikir söyləyir, təkliflər verir. Ancaq bu, Türkiyə dövlətinin rəsmi mövqeyi deyil. Türkiyə heç vaxt belə yola getməz. Hesab edirəm ki, qardaş Türkiyə öz qardaşlıq, dostluq andına sədaqətli qalacaq”.
Millət vəkili qeyd olunan məsələdə bəzi dövlətlərin də təzyiqini istisna etməyib: “Burada digər dövlətlərin də təzyiqi mövcuddur. Çünki Ermənistan deyilən dövlətin hansı dövlətlərin cəhdi nəticəsində yaradılması məlumdur və Ermənistan daim onların himayəsində olub, bu gün də onların himayəsindədir. Ermənistan deyilən terrorçu, cinayətkar, cırtdan dövlət bu gün də həmin dövlətlərin xuliqan, cinayətkar övladı kimi saxlanılır”.
Onun sözlərinə görə, bu gün hətta Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi bir vaxtda Azərbaycana da təzyiqlər göstərirlər, təhrik edirlər ki, Ermənistanla əlaqə yaradın: “Bu həmin dövlətlərin riyakarlığı, qeyri-səmimiliyidir. Ancaq bütün bunlara baxmayaraq, hər dövlətin özünəməxsus xarici və daxili siyasəti var. Kənardan kiminsə nə isə deməyi ilə deyil. Türkiyənin özünün öz yolu və siyasəti var”.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info