15 milyon nəfər Azərbaycandakı yarışla bağlı məlumatları izləyib
Tarix: 24.11.2014 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


Avropanın nüfuzlu idman kanalı “Eurosport” Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2014” beşgünlük veloyürüşü ilə bağlı statistik məlumatları açıqlayıb.
Azərbaycan Velosiped İdmanı Federasiyasından bildiriblər ki, Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz və Şəki rayonlarının ərazilərindən keçməklə təşkil olunmuş bu yarışın ilk 4 mərhələsi “Eurosport” kanalı ilə 30 dəqiqəlik icmal şəklində, sonuncu - Bakı mərhələsi isə canlı yayımlanıb. Təkcə bu kanal vasitəsilə yarışı 28,6 milyondan çox tamaşaçı, birbaşa yayımlanan sonuncu mərhələni isə 830 mindən çox insan izləyib. Ümumilikdə Avropa Yayım İttifaqına üzv olan 56 ölkənin 72 telekanalında “Tour d’Azerbaïdjan-2014”lə bağlı müxtəlif tipli süjetlər efirə verilib.
Müqayisə üçün deyək ki, 2013-cü ildə “Eurosport” kanalının nümayiş etdirdiyi nüfuzlu velosiped turları içərisində 100 ildən çox keçirilən “Tour de France” yarışına 51 milyon, “Giro d’İtalia”ya 32 milyon, “Vuelta”ya isə 30 milyon tamaşaçı baxıb.
Maraqlıdır ki, “Tour d’Azerbaïdjan” toplaya bildiyi tamaşaçı sayına görə uzun illərdir keçirilən “Griterium du Dauphine” (14 milyon), “Paris-Nice” (12 milyon), “Paris- Roubaix” (7 milyon), “Milan-San Remo” (4 milyon) kimi tanınmış veloturları da qabaqlaya bilib.
Ümumilikdə “Eurosport” kanalına baxan 106,5 milyon tamaşaçı “Tour d’Azerbaïdjan-2014” veloyürüşü ilə bağlı yayımlanan anonslar, yayımlar və süjetlər vasitəsilə yarış haqqında məlumat alıb. Yarışla bağlı 30 saniyəlik videoçarx aprelin 14-dən mayın 11-dək olan müddətdə “Eurosport” və “Eurosport-2” kanallarında 500 dəfə nümayiş etdirilib.
Asiya və Okeaniya ölkələrində də “Tour d’Azerbaïdjan-2014” kifayət qədər maraqla qarşılanıb. On altı ölkənin yer aldığı bu siyahıda ilk pillədə Avstraliya durur. Honqkonq, İndoneziya, Koreya Respublikası, Malayziya, Tailand, Filippin və Monqolustan və s. ölkələrdə yarış 9,6 milyon tamaşaçı toplayıb.
“Eurosport” kanalının rəsmi internet səhifəsində isə yarışla bağlı məlumatları izləyənlərin sayı 15 milyonu keçib. Bu siyahıda ilk dördlükdə Böyük Britaniya (3 milyon 688 min 403 nəfər), Rusiya (2 milyon 818 min 894 nəfər), Almaniya (2 milyon 231 min 828 nəfər) və İtaliya (2 milyon 194 min 301 nəfər) yer alıblar.
“Tour d’Azerbaïdjan-2014”lə bağlı videomateriallar dünyada çox məşhur olan www.cycling.tv saytında da yerləşdirilib və istənilən şəxs bu yarışa yenidən baxa bilər. Saytın arxiv bölümünə yalnız baxılma reytinqi yüksək olan yarışlar yerləşdirilir.
“Tour d’Azerbaïdjan-2014” başa çatdıqdan sonra “Eurosport” kanalında yarışla bağlı iki süjet də efirə verilib. Beş dəqiqəlik bu süjetlər 903 min tamaşaçı toplayaraq, baxılma sayına görə kifayət qədər yüksək reytinqli sayılıb.
Beləliklə, “Eurosport” kanalı Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2014” veloyürüşünü başa çatmaqda olan ilin ən uğurlu layihələrindən biri kimi dəyərləndirir. Konkret rəqəmlər də yarışa olan böyük marağı əks etdirir.
Təbiidir ki, bütün bunlar ilk növbədə, artıq bir idman ölkəsi kimi dünya ictimaiyyətinin diqqətini özünə cəlb edə bilən, iqtisadiyyatı sürətlə inkişaf edən, siyasi sabitlik və tolerantlıq nümunəsi kimi qəbul olunan müstəqil Azərbaycan Respublikasının əldə etdiyi uğurların, tarixdə ilk Avropa Oyunlarını keçirmək kimi möhtəşəm və məsuliyyətli işi öz üzərinə götürən ölkəmizə olan böyük marağın göstəricisidir.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info