Gənclər və idman naziri Qəbələdə vətəndaşları qəbul edib
Tarix: 24.11.2014 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov noyabrın 24-də Qəbələdə vətəndaşları qəbul edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəbulda Qəbələ, Balakən, Oğuz, Qax, Şəki, Zaqatala və İsmayıllı rayonlarının sakinləri iştirak ediblər.
Qəbul zamanı 30-a yaxın vətəndaş gənclər, idman və digər mövzularla bağlı nazir Azad Rəhimova müraciət edib.
Gənclər sahəsinə aid müraciətlər əsasən, qeyri-hökumət təşkilatlarının yaradılması üçün nazirlik tərəfindən dəstək verilməsi, yay istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin lazımi avadanlıqla təmin olunması və yeni mərkəzlərin açılması, “Bakı-2015” ilk Avropa Oyunlarına könüllülərin cəlb edilməsi və s. ilə bağlı olub.
İdman sahəsindəki müraciətlər fəxri adların, məşqçi dərəcələrinin verilməsi, idman zallarının avadanlıqla təmin edilməsi, yeni Olimpiya İdman komplekslərinin tikilməsi və digər məsələləri əhatə edib.
Digər müraciətlər isə ipoteka kreditlərinin verilməsi, işlə təminat və şəxsi məsələlərlə bağlı olub.
Qəbulda bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info