Yüksək bal toplayan abituriyentlər hansı ali məktəbləri seçiblər?
Tarix: 24.11.2014 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Bu il Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 92 min 643 abituriyent iştirak edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən xəbərə görə, abituriyentlərdən 1727 nəfəri 600 baldan yuxarı nəticə göstərib. Yüksək ballılar respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini təmsil edirlər. Yüksək nəticə göstərənlər I qrupda 488, II qrupda 435, III qrupda 401, IV qrupda 403 nəfərdir. 9 nəfər isə maksimal nəticə (700 bal) göstərib. Onlardan 5-i I qrupun, 2-si II qrupun, 2-si isə IV qrupun abituriyentləridir.
Yüksək bal toplamış 1724 (100.0%) nəfər respublikanın ali məktəblərinə qəbul olublar. Onlardan 486-sı (100.0%) I, 434-ü (100.0%) II, 401-i (100.0%) III, 403-ü (100.0%) isə IV ixtisas qrupu üzrə olan ixtisaslarda təhsil alacaqlar.
Yüksək ballı abituriyentlərin seçdikləri ali məktəblərə gəlincə, bunlar arasında Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, “ADA” Universiteti, Bakı Ali Neft Məktəbi, "Qafqaz" Universiteti üstünlük təşkil edir. Azərbaycan Tibb Universitetinə qəbul olanlar yalnız IV, Azərbaycan Dövlət Neft Akademiyası və Bakı Ali Neft Məktəbinə qəbul olanlar isə yalnız I ixtisas qrupu üzrə ixtisasları seçiblər.
Belə ki, yüksək bal toplayanların 379 nəfəri Azərbaycan Tibb Universitetini seçib.
Bakı Dövlət Universitetində təhsil alacaq yüksək ballıların sayı isə 227 nəfərdir. Onların 62-i (12.76%) I, 17-si (3.92%) II, 145-i (36.16%) III, 3-ü (0.74%) isə IV ixtisas qruplarını seçiblər.
Növbəti pillədə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını seçənlər dayanır ki, onların da sayı 212 (12.30%) nəfərdir. Onlar əsasən, I, II və III ixtisas qrupları üzrə ixtisaslarda təhsil alacaqlar. Belə ki, onların 25-i (5.14%) I, 124-ü (28.57%) II, 63-ü (15.71%) isə III qrup üzrə ixtisaslarda oxuyacaq.
“ADA” Universitetini 201 (11.66%) nəfər seçib ki, onların da 30-u (6.17%) I, 130-u (29.95%) II, 41-i (10.22%) isə III ixtisas qrupunu seçib.
Özəl ali məktəblər içərisində “Qafqaz” Universiteti fərqlənib. Belə ki, 600-dən yuxarı bal toplayanların 146-sı (8.47%) “Qafqaz Universiteti”ni seçib. Onlardan 90-nı (18.52%) I, 55-i (12.67%) II, 1-i (0.25%) isə IV ixtisas qrupunda təhsil alacaq.
Azərbaycan Dövlət Neft Akademiyası da yüksəl ballıların seçdiyi ali məktəblərdən biri olub. Belə ki, 600-dən yuxarı bal toplayan 126 (7.31%) nəfər bu ali məktəbi seçib və onların hər biri I qrup üzrə ixtisaslarda təhsil alacaq.
Yüksək bal toplayanların seçdikləri ali məktəblər arasında Bakı Ali Neft Məktəbi də fərqlənib. Belə ki, 600-dən yuxarı bal toplayan 120 (6.96%) nəfərin hamısı I ixtisas qrupunda təhsil almağı seçib.
Yüksək bal toplayanların 93-ü Azərbaycan Dövlət İqtisad Universitetində, 92-si Azərbaycan Dillər Universitetində, 35-i Naxçıvan Dövlət Universitetində, 35-i xüsusi təyinatlı ali təhsil müəssisələrində, 14-ü Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında, 12-si Xəzər Universitetində, 6-sı Gəncə Dövlət Universitetində, 5-i Türkiyənin ali təhsil müəssisələrində, 4-ü Azərbaycan Texniki Universitetində, 3-ü Azərbaycan Memarlıq və İnşaat Universitetində, 3-ü Azərbaycan Turizm İnstitutunda, 3-ü M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında, 3-ü Azərbaycan Dövlət Aqrar Universitetində (Gəncə ş.) təhsil alacaq.
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Milli Aviasiya Akademiyası, Sumqayıt Dövlət Universiteti və Lənkəran Dövlət Universitetinin hər birində 600-dən yuxarı bal toplayan 1 tələbə oxuyacaq.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info