Görkəmli bəstəkarın ustad dərsi
Tarix: 24.11.2014 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində görkəmli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, respublikanın Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli sənətkar, Prezident təqaüdçüsü Musa Mirzəyev ustad dərsi keçib.
NDU-nun Mətbuat şöbəsinin müdiri Mehriban Sultan bildirib ki, bəstəkarın universitelə tanışlığı Təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin rəsm əsərlərindən ibarət sərgiyə baxışla başlayıb. Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada incəsənət üzrə mütəxəssis hazırlığı ilə məşğul olan yeganə ali təhsil müəssisəsində belə ustad dərslərinin keçirilməsinin, tələbələrin görkəmli sənətkarlarla yaxından tanış olmalarının, onların canlı ifalarını dinləmələrinin əhəmiyyətindən danışıb, bəstəkarın zəngin yaradıcılığından bəhs edib. Qeyd olunub ki, Musa Mirzəyev Azərbaycan musiqi mədəniyyəti tarixinə simfonik və kamera musiqisinin ən müxtəlif janrlarında dəyərli əsərlər yaratmış bəstəkar kimi daxil olmuşdur. Bakı Musiqi Akademiyasının professoru olan Musa Mirzəyevin musiqi nəzəriyyəsinin tədrisində də böyük xidmətləri olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxışında qeyd edib ki, tanınmış bəstəkarın əsərlərinin əksəriyyəti nəinki respublikamızda, habelə keçmiş SSRİ-nin mərkəzi şəhərlərində, bir sıra xarici ölkələrdə tanınmış kollektivlər, məşhur musiqiçilər tərəfindən ifa edilir və sevilir. Bəstəkarlıq sənətinin sirlərini Əməkdar müəllim Leyla xanım Muradova, professor Boris Zeydman, xüsusilə dahi bəstəkar, professor Qara Qarayevdən alan Musa Mirzəyevin yaradıcılığında simfonik və kamera musiqisi janrlarında yazılmış əsərlər üstünlük təşkil edir. Həyatını milli musiqi mədəniyyətimizin inkişafına həsr etmiş 81 yaşlı Musa Mirzəyev ömrünün müdrik çağında da yaradıcılıq əzmi ilə çalışır, yeni-yeni əsərlərlə musiqisevərləri sevindirir. Sonra Xalq artisti, böyük bəstəkar, professor Musa Mirzəyev çıxış edərək Azərbaycanın qədim və zəngin musiqi tarixinə nəzər salıb, bir əsrdən çox yol keşmiş Azərbaycan professional bəstəkarlıq məktəbinin təşəkkülündən və görkəmli nümayəndələrindən danışıb. Tanınmış sənətkar tələbələrə müsiqi sənətənin incəlikləri, janr müxtəlifliyi, peşəkar ifaçılıq məharətinin sirləri, milli mədəniyyətimizin təbliğinin əhəmiyyəti barədə məlumat verib, kamera və simfonik orkestr üçün əsərlərin səciyyəvi xüsusiyyətlərini izah edib. Ustad dərsi əksəriyyəti bəstəkarın repertuarından ibarət konsert proqramının təqdimi əsasında keçib. “Adajio” simli alətlər ixtisasının III kurs tələbəsi Cahangir Qurbanovun, “Yeni il” mahnısı Musiqi təlimi kafedrasının müəllimi Zeynəb Yusifovanın, “Lirik sonata” Fortepiano kafedrasının müəllimi Nəzakət Gülməmmədovanın ifasında səslənib. Konsertdə Fortepiano kafedrasının müəllimi Xalibər Namazova, xalq çalğı alətləri ixtisasının III kurs tələbəsi Ələsgər Cəlilzadə digər Azərbaycan bəstəkarkarlarınını əsərlərini də tamaşaçılara təqdim ediblər. Professor,bəstəkar Musa Mirzəyev tələbələrin ifaçılıq səviyyəsi ilə bağlı fikirlərini bildirib, onlara dəyərli tövsiyələr verib, sualları cavablandırıb.Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, respublikanın Xalq artisti, görkəmli bəstəkar Musa Mirzəyevin canlı müəllif ifası alqışlarla qarşılanıb.

Fuad







 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Masallının Lürən kəndində tibb məntəqəsi istifadəyə verilib
17.06.2019
Sabah Bakıda 33, bəzi bölgələrdə 38 dərəcə isti olacaq
16.06.2019
Sabah Azərbaycanda 38 dərəcəyə qədər isti olacaq
16.06.2019
Ağdamda şəhid Səyyaf Məmmədovun xatirəsi anılıb
15.06.2019
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info