Gənc liderlərin iştirakı ilə keçirilən dostluq görüşünə Azərbaycan ilk dəfə qatıldı
Tarix: 24.11.2014 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


“Böyük İpək Yolu” Beynəlxlaq Gənclər İttifaqı ÜmumÇin Gənclər Federasiyasının təşkilatçılığı ilə keçirilən “Böyük İpək Yolu arzusuna doğru” beynəlxalq konfransı çərçivəsində Çinin Sian şəhərində keçirilən "dəyirmi masa"da iştirak edib.
Tədbirə Rusiya, Belarus, Tacikistan, Özbəkistan, Qazaxstan, Qırğızıstanı təmsil edən gənclər də qatılıb. Toplantı tarixi ipək yolunun başlanğıcı sayılan Şensi vilayətinin paytaxtı Sian şəhərində baş tutub. Çinin ən qədim Universiteti olan Peihuada keçirilən “dəyirmi masa”da gənc liderlər ekspertlərin iştirakı ilə müzakirələr aparıb. Daha sonra qonaqları Çin Gənclər İttifaqının sədr müavini qarşılayıb. O, Çin hökumətinin 2013-cü ildən etibarən başlatdığı “Yeni İpək Yolu” adlı iqtisadi-mədəni layihəsi barədə söz açaraq bildirib ki, bu layihə ölkə üçün prioritet istiqamətdir. Nümayəndə heyəti Sian şəhərinin inkişaf və islahatlar komissiyası, Şian vilayətinin Milli Məclisində görüşlər keçiriblər.
Avrasiya regionunda yerləşən dövlətlərin gənc liderlərinin iştirakı ilə keçirilən bu dostluq görüşündə Azərbaycan ilk dəfədir iştirak edir. Ölkəmizi beynəlxalq konfransda qurumun baş katibi Aydan Kərimli olmaqla “Böyük İpək Yolu” BGİ təmsil edir. Toplantı ÜmumÇin Gənclər Federasiyasının təşəbbüsü ilə keçirilir. Görüşün məqsədi tarixi ipək yolu üzərində yerləşən ölkələrin gənc liderləri arasında qarşılıqlı dostluq münasibətlərinin möhkəmləndirmək, eyni zamanda Avrasiya regionunda fəaliyyət göstərən gənclər təşkilatları arasında əməkdaşlığı genişləndirməkdir.
1949-cu ildə yaradılmış ÜmumÇin Gənclər Federasiyası ölkənin ən böyük gənclər təşkilatıdır. Qurumun tərkibinə 52 üzv-təşkilat və yüz min fərdi üzv daxildir.
“Böyük İpək Yolu” BGİ 2012-ci ildə 27 ölkəni təmsil edən gənclər təşkilatının iştirakı ilə Bakıda təsis olunub. Qurumun məqsədi tarixi ipək yolu üzərində yerləşən ölkələrin gəncləri arasında humanitar, mədəni sahədə əməkdaşlığın yaradılmasıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info