Zərdabi Mətbuat Mərkəzi Gəncədə «dəyirmi masa» keçirib
Tarix: 24.11.2014 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


Zərdabi Mətbuat Mərkəzi və «Kred Aqro» Bank Olmayan Kredit Təşkilatı «Bank-kredit sektoru - debitor-ictimaiyyət və media münasibətləri KİV müstəvisində: mövcud durum və peşəkarlığın artılıması yolları» mövzusunda sonuncu «dəyirmi masa»sını da reallaşdırıb. Tədbir ötən cümə günü «Kred Aqro» BOKT-nin Gəncə filialında baş tutub. «Dəyirmi masa»nın iştirakçıları olan bank-kredit təşkilatlarının yerli filiallarının təmsilçiləri, ölkəmizdə müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin bölgə müxbirləri, müstəqil KİV-lərin redaktorları və debitorlar mövzu ətrafında diskussiyalarda iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin məsləhətçisi Əsgər Babazadə tədbir iştirakçılarını salamlayaraq hər iki qurumun birgə layihəsinin bütövlükdə cəmiyyətin maraqları ilə kəsişdiyini bildirib. O, «dəyirmi masa»nın Gəncə şəhərində də tərəflər arasında münasibətlərin inkişafına təsirsiz ötüşməyəcəyini qeyd edib.
Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə rəhbəri olduğu qurumun «Kred Aqro» BOKT ilə layihə tərəfdaşlığına üç il öncə başladığını deyib: «Son iki ildə fəaliyyətimizin əsasını bölgələrdə maarifləndirmə işinin aparılması təşkil edir. Əgər 2012-2013-cü illərdəki tədbirlərimiz yalnız bank-kredit sektoru ilə media təmsilçilərini bir araya gətirirdisə cari ildə debitorlar da həmin sıraya əlavə olunub».
R.Hüseynzadə bu il Masallıda, Zaqatalada, İsmayıllıda baş tutmuş tədbirlərin yerlərdə hər üç sektor arasında yaxınlaşmaya kömək göstərdiyini konkret misallarla əsaslandırıb. «Gəncə tədbirimizdən məqsəd isə geniş quruculuq və abadlıq işləri ilə diqqəti çəkən ölkənin ikinci böyük şəhərində missiyamızı davam etdirməkdir. Burada istər KİV-lər, istər bank-kredit təşkilatları sayına görə yalnız paytaxtdan geri qalır. Ona görə də hər üç sektorda qarşılıqlı əlaqələrin yeni mərhələyə qədəm qoymasına yardımçı olmalayıq», - deyən R.Hüseynzadə üç il öncə KİV-lərdə bank-kredit sektoru ilə bağlı mövzuların ötəri işıqlandırıldığını xatırladıb. O, layihə çərçivəsində aparılan monitorinqlərin mənfi meyllərin aradan qaldırılmasındakı roluna da toxunub: «2012-ci ilin ilk dörd ayında monitorinqi aparılan 31 KİV-də ən çox material apreldə (200 yazı) təqdim olunub. Cari ilin yalnız oktyabr ayında müsbət fərq altı dəfədən çoxdur - 1247 material. Bu ilin 9 ayında isə bütövlükdə 2013-cü ilə nisbətdə sahəyə aid 1434 çox material təqdim olunub.Şübhəsiz ki, sahəni daha fəal işıqlandıran mətbu orqanların və jurnalistlərin mükafatlandırılması yenə də diqqət mərkəzindədir».
«Kred Aqro» BOKT-nin departament rəhbəri, layihənin eksperti Zaur Əliyev öncə təmsil etdiyi qurum haqqında söhbət açıb. Azərbaycanın 9 regionunda sahibkarlara maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmış təşkilatın ölkəmizin bank-kredit sektorunun nüfuzlu üzvlərindən olduğuna dair misallar gətirib. Təşkilatın 2008-2012-ci illərdə «Consultinq Business» kimi nüfuzlu, işgüzar jurnalın «İlin şirkəti» mükafatına, ötən il isə Parisdə «Business İnitiavite Direktions» (BİD) şirkətinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə «WQC AVARD» mükafatının Qızıl kateqoriyasına layiq görüldüyünü deyən ekspert Ağdam rayonunun Quzanlı qəsəbəsində qurumun yeni filialının açılışını, bütün filiallarda ödəmə terminallarının təşkilinin və sair uğurlarda rol oynadığını vurğulayıb: «Cari ilin monitorinqinin ən yadda qalan cəhəti analitik və maarifləndirici xarakterli yazıların sayında artım tempinin davamıdır. Bu ilin 9 ayında bütövlükdə 2013-cü ildəkindən 434 çox analitik yazının təqdimatı, ötən ilki qədər maarifləndirici materialın verilməsi göstərir ki, KİV-lərimizdə sahəni peşəkarlıqla işıqlandıran mətbu orqanlarımız və jurnalistlərimiz mövcuddur».
«İqtisadiyyat» qəzetinin bölgə müxbiri Zülfü Əliyev bildirib ki, təmsilçisi olduğu nəşrin ən çox analitik yazı verən KİV kimi fərqləndirilməsi onun üçün də xoşdur: «Son üç ildə 50-yə yaxın belə material qələmə almışam. Başqaları da yazır. Amma koordinasiyaya ehtiyac var. Güman edirəm ki, «dəyirmi masa»mız Gəncədə də bu işin başlanğıcını qoya bilər».
«Kəpəz» TV-nin əməkdaşı Xəyalə Məmmədova isə şəhərdə yalnız bir neçə bank-kredit təşkilatının media ilə aktiv əlaqələrinin mövcudluğunu qeyri-qənaətbəxş hal kimi dəyərləndirib. O belə tədbirlərin mütəmadi təşkilinin vacibliyinə toxunub.
«AzərTAc»ın bölgə müxbiri Sabir Əliyev, «Aqrar mütəxəssis» qəzetinin redaktoru Maarif Rzayev çıxışlarında vurğulayıblar ki, bank-kredit sektoru media üçün nə qədər şəffaf olarsa, sarı mətbuat bir o qədər onlara yaxın gələ bilməz. Bunun üçünsə qarşılıqlı əlaqələrin genişləndirilməsi zəruridir.
Bank-kredit sektorunun Gəncədəki filiallarının təmsilçilərindən Ceyhun İsayev («Kred Aqro» BOKT), Malik Əmirxanov (VİATCE), Emin Babayev (FİNCA), Orxan İsmayılov (Gəncəbank) və başqaları tədbirin əhəmiyyətindən söz açmaqla yanaşı, bir sıra təkliflərini də səsləndiriblər. Debitorlardan Fərid Ağazadə, Maqsud Qurbanov çıxışlarında kreditlərdən necə faydalandıqlarından danışmaqla yanaşı, KİV-lərin onların da fəaliyyəti barədə mövzulara üz tutmalarını arzuladıqlarını dilə gətiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info