ADTGT Şəki-Zaqatala regionunda təlimlərini davam etdirir
Tarix: 24.11.2014 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının həyata keçirdiyi “Şəki-Zaqatala regionu gənclərinin məşğulluq və karyera imkanlarının artırılması” adlı maarifləndirici layihənin icrasına uyğun növbəti təlim-məlumatlandırma sessiyası Şəki şəhərində təşkil olundu.
Yerli icra hakimiyyətləri, gənclər və idman idarələri, rayon, şəhər əhalinin əmək və sosial müdafiə və məşğulluq mərkəzləri ilə birgə əməkdaşlıq şəklində həyata keçirilən layihə Şəki şəhərində, Qax, Zaqatala və Balakən rayonlarında məşğulluq imkanları və karyera inkişafına dair sorğu və ictimai monitorinqlərin keçirilməsinə, hər bir rayonda təlim sessiyaları vasitəsilə bu regionun gənclərinə məşğulluq, yeni iş imkanları, karyera inkişafı, CV və istək məktubunun hazırlanması, iş müsahibələri, işaxtaranlar üçün qanunvericilik-normativ sənədlər, işədüzəlmə üçün hüquqi sənədlərin tərtibi, dövlət qulluğuna hazırlıq, yeni peşə-ixtisas və vərdişlərinə yiyələnmə və s. mövzularında interaktiv üsullarla maarifləndirmənin aparılmasına, region gənclərinin Məşğulluq Forumu və sərgisinin təşkilinə, “Uğurlu Karyeraya dair Yaddaş Kitabçası”nın nəşrinə, yayımına, regionun gənc könüllü təlimçilər şəbəkəsinin qurulmasına və geniş PR fəaliyyətinə yönəlib.
Şəkidə fəal gənclərin iştirakı ilə keçirilən təlim-məlumatlandırma sessiyasının açılışında ADTGT sədri Asif Əsgərli, təşkilatın sədr müavini, layihənin koordinatoru Gülnarə Bağırova, təlimçi-ekspert Dadaş Əhmədov, şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərov, yerli icra hakmiyyəti və məşğulluq mərkəzinin məsul əməkdaşları da iştirak edirdilər.
Rəsmi açılışdan sonra təlimçi-ekspert D.Əhmədov məşğulluq və karyera inkişafı istiqamətində bölgə gənclərinə yeni iş imkanları, CV və istək (maraq) məktubunun hazırlanması, iş müsahibələri, işədüzəlmə üçün hüququ-normativ sənədlər və onların tərtibi, dövlət qulluğuna hazırlıq, bacarıq və vərdişlərinə yiyələnmə və s. mövzularda geniş və zəngin bilgi və informasiyalar çatdırdı.
Təlim iştirakçılarının mövzuları daha maraqlı qavramaları üçün interaktiv məşğələ, rol oyunları, işçi tapşırıqlar və digər maraqlı metodologiyalar tətbiq olundu, sorğu və qiymətləndirmə aparıldı. 2 gün davam edən təlimin sonunda iştirakçılara yekunlara dair sertifikatlar təqdim olundu.
Qeyd edək ki, layihənin əsas mədsədi Şəki-Zaqatala regionunda gənclərə bərabər məşğulluq imkanlarının yaradılması, onların uğurlu karyera inkişafı üçün xüsusi bilik, bacarıq və vərdişlərin aşılanması, bölgə gənclərinin öz gücünə inanmaqda kömək göstərilməsinə və regionda gənclərin fəaliyyət dairələrinin zənginləşməsi üçün müvafiq şəraitin yaradılmasına dəstək verməkdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info