Vergilər Nazirliyi qanunsuz oyunların keçirilməsi faktını aşkarlayıb
Tarix: 24.11.2014 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


Noyabr ayının 21-də Sumqayıt şəhərində Vergilər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş operativ nəzarət tədbirləri nəticəsində fiziki şəxs Səmədov Pərviz Natiq oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Napoli”, fiziki şəxs Süleymanov Süleyman Nazim oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Milan” və fiziki şəxs Tanrıverdi-pur Anar Sərvət oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Beşiktaş” çay evlərində qanunsuz olaraq idman mərc oyunlarının keçirildiyi aşkar edilib. P.Səmədov və S.Süleymanovun vergi orqanında qeydiyyata alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkarlanmış, bundan başqa hər üç şəxs tərəfindən obyektlərdə kompyuter vasitəsilə kazino tipli uduşlu və qumar oyunlarının (“çərxi-fələk” - “russkaya ruletka”, loto və s.) keçirildiyi də müəyyən olunub.
Yuxarıda göstərilənlərdən əlavə, hər üç şəxs tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu və müxtəlif şəxsləri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub.
Toplanmış materiallar qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanaraq, cinayət işinin başlanması məqsədilə ilə aidiyyəti üzrə göndəriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info