Boks millisi Dünya Çempionatından 2 medalla qayıdır
Tarix: 24.11.2014 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


Cənubi Koreyanın Jeju şəhərində keçirilən boks üzrə qadınlar arasında Dünya Çempionatına yekun vurulub. Azərbaycan yığması yarışda 1 gümüş və 1 bürünc medal qazanıb.
Belə ki, 69 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Yelena Vıstropova bu dəfə bürünc medalla kifayətlənib. Boksçumuz yarımfinalda Panama təmsilçisi Athena Bilona məğlub olub. Yana Alekseyeva (60 kq) isə yarımfinalda fransalı Estell Mosseli üzərində qələbə qazanıb - 2:1. Ancaq millimizin üzvü finalda dünyanın ən güclü qadın boksçusu hesab olunan irlandiyalı Keti Teylorla qarşılaşmalı olub. Alekseyeva Olimpiya, 5 qat dünya və 6 qat Avropa çempionu olan rəqibinə layiqli müqavimət göstərsə də, hakimlər qələbəni Teylora veriblər. Qeyd edək ki, komandamız 2 il əvvəl Çin Xalq Respublikasında keçirilmiş dünya çempionatında 1 gümüş medal qazanmışdı. Vıstropova 2-ci yeri tutmaqla yanaşı, London Olimpiadasına lisenziya da əldə etmişdi.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub
20.09.2018
“Bakı-2018“: Cüdo üzrə dünya çempionatının ilk finalçıları bəlli olub
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info